SON XƏBƏRLƏR

Minsk prosesi uğursuzluğa düçar olub

2021.10.20, 07:36
Minsk prosesi uğursuzluğa düçar olub

Gunaz.tv
"Minsk prosesi uğursuzluğa düçar olub" 3_201208.jpg Frederik Starr: "Qarabağ danışıqlarında hansısa möcüzənin baş verəcəyini gözləmək çox sadəlövhlük olardı" "İlk əvvəldən bilirdim ki, ATƏT-in Minsk Qrupu çərçivəsində davam edən proses uğursuzluğa düçar olacaq. Bu prosesin növbəti mərhələdə hansı forma alacağını bilmirəm, amma indiki zamanda mənə aydındır ki, Minsk prosesi uğursuzluğa düçar olub". Bu eksklüziv açıqlamanı APA-ya Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun rəhbəri Frederik Starr verib: "Hesab edirəm ki, danışıqlar prosesində hansısa möcüzənin baş verəcəyini və hər hansı nəticə olacağını gözləmək çox sadəlövhlük olardı. Bu məsələdə irəliləyiş əldə etməyin yeganə yolu Moskva və İrəvanın münaqişənin nizamlanması prosesinə baxışlarını dəyişməkdir. Bunun dalan olduğunu və tamamilə başqa istiqamətdə fəaliyyət göstərməyin vacibliyini İrəvanda da anlayan adamlar var. Həmin adamların səsləri Ermənistanda nə qədər tez eşidilsə, bir o qədər yaxşı olar. Yalnız bu dəyişiklikdən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında və region dövlətlərinin əməkdaşlığında irəliləyişə nail olmaq olar". Frederik Starr Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində vasitəçilik missiyasını belə dəyərləndirib: "Rusiyanın Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün kifayət qədər imkanları var. Lakin Moskva hələlik Cənubi Qafqaza yönəlik siyasətini dəyişməyəcək və bu məsələdə çox lənglik müşahidə olunacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar