SON XƏBƏRLƏR

Riçard Luqar: “İranın malik olduğu raketlərdən narahatıq”

2021.10.20, 07:36
Riçard Luqar: “İranın malik olduğu raketlərdən narahatıq”

Gunaz.tv
“ABŞ AZƏRBAYCANDA BAZA QURA BİLƏR” Riçard Luqar: “İranın malik olduğu raketlərdən narahatıq” 872.jpg “Mən vaxtilə demişdim ki, Rusiyaya bizim Çexiya və Polşada qurulacaq raketdən müdafiə sistemlərimiz üzərində nəzarət imkanı verilməlidir. Bundan başqa, ABŞ öz raketdən müdafiə sistemləri üçün Azərbaycanda yer axtarmaq barədə düşünə bilər”. APA-nın məlumatına görə, bunu tanınmış ABŞ senatoru Riçard Luqar “Exo Moskvı” radiosuna müsahibəsində deyib. O bildirib ki, raket və radarların konkret hansı meydançalarda yerləşdiriləcəyi barədə düşünmək lazımdır: “Moskvanın reaksiyası çox da adekvat deyil, amma hesab edirəm ki, biz razılığa gələ bilərik”. İranın malik olduğu raketlərdən narahatlıq duyduqlarını söyləyən R. Luqarın sözlərinə görə, Rusiya da bundan narahat olmalıdır: “Bizim ümumi maraqlarımız var. İranın raketləri və bu raketlər üçün nüvə başlıqları hazırlamaq niyyəti hamımız - bütün dünya üçün təhlükəlidir. Mən hesab edirəm ki, biz Rusiya ilə birlikdə İrana təsir göstərə bilərik”. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar