SON XƏBƏRLƏR

AZƏRBAYCAN MDB SAMMİTİNƏ ÇAĞIRILMADI

2021.10.20, 07:36
AZƏRBAYCAN MDB SAMMİTİNƏ ÇAĞIRILMADI

Gunaz.tv
AZƏRBAYCAN MDB SAMMİTİNƏ ÇAĞIRILMADI Gürcüstan, Ukrayna və Moldova da ilk dəfə bu təşkilatın sammitindən kənarda qaldı, rəsmi Astana səbəbləri açıqlamır 502.jpg Dünən Qazaxıstanda MDB-nin qeyri-formal sammiti başlayıb. Ancaq MDB-nin 12 üzvündən yalnız 8-i dəvət olunub. Qazaxıstanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı izahat verməyib. Tədbirə dəvət olunmayanlar Azərbaycan, Gürcüstan, Moldova və Ukraynadır. Qeyd edək ki, Gürcüstan birtərəfli qaydada MDB-dən çıxdığını elan edib. Sammitə dəvət almayan ölkələrin hamısı GUAM üzvləridir. Qeyri-formal sammitdə dünya iqtisadi böhranı müzakirə olunmalıdır. Tədbirin kurort şəhəri Borovoda keçirildiyi bildirilir. Təşkilatçı ölkənin başçısı Nursultan Nazarbayev sammitə Ermənistan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentlərini dəvət edib. Maraqlıdır ki, sammitə dəvət olunmayan Moldova prezidenti Vladimir Voronin MDB-nin sədridir. “İnterfaks” agentliyinin məlumatına görə Özbəkistan prezidenti İslam Kərimov da sammitə qatılmaqdan imtina edib. Səbəbləri açıqlanmasa da güman olunur ki, buna Kərimovla Nazarbayev arasında çoxdankı narazılıq da təsir edib. Rusiya prezidentinin administrasiyasındakı mənbə isə məlumat verib ki, toplantıya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və MDB-nin üzvü olan ölkələr dəvət olunublar. Lakin dəvət edilənlərin bir çoxu sammitə qatılmayacağını bildirib. Mənbə deyib ki, söhbət əslində sammitdən yox, qeyri-formal görüşdən gedir. Gündəmi isə təşkilatçı ölkə müəyyən edib. Qazaxıstan prezidentinin köməkçisi Ermuxammet Ertısbayev deyib ki, Nazarbayevin məqsədi Rusiya və digər MDB ölkələrinin iqtisadi böhrana qarşı səylərini birləşdirməkdir. “Müzakirə ediləcək məsələlərdən biri qarşılıqlı hesablaşmalarda dolların yox, rublun istifadə olunması barədədir”, - deyə o bildirib. Ekspertlər isə hesab edir ki, GUAM ölkələrinin sammitə qatılmamasının səbəbi məhz bu məsələ ilə bağlıdır. Çünki adıçəkilən ölkələr, o cümlədən bu yaxınlarda Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatını tərk edən Özbəkistan rublda maraqlı deyil. Sammit ərəfəsində Qırğızıstan prezidenti Kurmanbek Bakiyev ölkəsinin birmənalı olaraq Rusiyanın hərbi-siyasi nüfuz dairəsinə keçə biləcəyini bildirib. İnternet portallarından birinə müsahibəsində Bakiyev deyib ki, o, Amerikanın Bişkek yaxınlığındak aviabazasını bağlamağa hazırdır. “ABŞ-ın Qırğızıstanı tərk etməsinin vaxtı çatıb”, - deyə o bildirib. Bakiyevin sözlərinə görə, Əfqanıstanda artıq prezident, parlament, ordu var, fəal döyüş əməliyyatları aparılmır. Ona görə də ABŞ-ın Qırğızıstanda baza saxlamasına ehtiyac yoxdur. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar