SON XƏBƏRLƏR

GƏLƏN İL İRANIN NÜVƏ SİLAHI OLA BİLƏR . İsrail buna imkan verməmək üçün yayda hava zərbələri endirə bilər

2021.10.20, 07:36
GƏLƏN İL İRANIN NÜVƏ SİLAHI OLA BİLƏR . İsrail buna imkan verməmək üçün yayda hava zərbələri endirə bilər

Gunaz.tv
GƏLƏN İL İRANIN NÜVƏ SİLAHI OLA BİLƏR İsrail buna imkan verməmək üçün yayda hava zərbələri endirə bilər 1088.jpg Fransa parlamentinin xüsusi təhqiqat komissiyası bəyan edib ki, İranın nüvə proqramı hərbi məqsəd daşıyır və Tehran gələn il ilk nüvə başlığına malik ola bilər. “Le Fiqaro” qəzetinin yazdığına görə komissiyanın rəhbəri Can Lui Byanko deyib ki, İran artıq 1600 kiloqram zənginləşdirilmiş uran əldə edib: “Tehranda atom bombasının çertyoju var, onu Pakistandan əldə ediblər. Bundan əlavə, İran atom bombasının miniatür variantının hazırlanması yollarını mənimsəyib”. İranın nüvə proqramından ən çox narahat olan İsrail isə Tehranın belə silaha malik olmasına yol verməmək üçün gələn ilin yayında hərbi əməliyyatlar keçirə bilər. İsrailin Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri, general Qior Aylend deyib ki, İrana hava zərbələri endirmək üçün ən optimal vaxt 2009-2011-ci illərin yayıdır. Lakin bu zaman İranın nüvə proqramını bütünlüklə məhv etmək mümkün olmayacaq. İsrail generalı hesab edir ki, hava zərbələri ancaq İranın nüvə proqramını ləngidə bilər. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar