SON XƏBƏRLƏR

URMİYADAKI YENİ HƏBSLƏR BARƏDƏ BƏYANAT YAYILIB

2021.10.20, 07:36
URMİYADAKI YENİ HƏBSLƏR BARƏDƏ BƏYANAT YAYILIB

Gunaz.tv
URMİYADAKI YENİ HƏBSLƏR BARƏDƏ BƏYANAT YAYILIB Dekabrın 19-da Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi 21 Azər gününün (1945-ci il azər ayının 21-də (dekabrın 12-si) Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan milli hökuməti qurulub) ildönümü ərəfəsində Urmiyada milli fəalların həbsi ilə bağlı bəyanat yayıb. «Media forum» saytının məlumatına görə, bəyanatda bildirilir ki, dekabrın 10-da Urmiya ETTELAAT idarəsinin 5 əməkdaşı 20 yaşlı fəal Nəvid Sultanini evində tutaraq özləri ilə aparıblar. Mənzildə yoxlama aparılıb, fəalın kompüteri, SD-ləri, Azərbaycan dilində kitabları, vətəndaşları 21 Azər mərasimində iştiraka çağıran vərəqələr və mənzildəki bozqurd heykəli götürülüb. N. Sultaninin ailə üzvləri onun Urmiya şəhərinin ETTELAAT idarəsində saxlandığını bildirirlər. Bəyanatda Urmiyada 21 Azər mərasimində iştiraka çağırdığına görə tutulan 27 yaşlı Tövhid Həsənpurun 8 günlük həbsdən sonra10 milyon tümənlik (10 min dollar) mülk girovu müqabilində müvəqqəti azadlığa buraxıldığı vurğulanır. 21 Azər mərasimində iştirak etdikləri üçün daha 5 urmiyalı fəalın - Sitarə Qasimi (Ulduz), Rəhman Qasimi, Səid Mahmudi, Höccət Mahmudi və Humən Qasiminin də həbs edilərək naməlum istiqamətə aparıldığı bildirilir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar