SON XƏBƏRLƏR

İranın nüvə proqramını dayandırmaq məqsədilə Vaşinqton atdığı addımlar barədə ərəb ölkələrinə məlumat verib

2021.10.20, 07:36
İranın nüvə proqramını dayandırmaq məqsədilə Vaşinqton atdığı addımlar barədə ərəb ölkələrinə məlumat verib

Gunaz.tv
ABŞ-ın dövlət katibi Kondoliza Rays dünən yeddi ərəb ölkəsinin nümayəndələri ilə brgə brifinq keçirərək onlara İranın nüvə proqramını dayandırmaq məqsədilə Vaşinqtonun atdığı addımlar barədə məlumat verib. Lakin görüşə dəvət olunmuş Bəhreyn, Misir, İordaniya, Küveyt, İraq və Birləşmiş Ərəb Əmirlikləri Tehranla bağlı yekdil mövqeyə gələ bilməyiblər. BMT Təhlükəsizlik Şurasının Fələstin-İsrail münaqişəsinin dinc yolla nizamlanmasına həsr olunmuş ümumi sessiyası çərçivəsndə keçirilmiş görüşdə Fransa, Britaniya, Çin, Rusiya və Almaniya nümayəndələri də iştirak ediblər. Ərəb ölkələri arasında İranın nüvə proqramı ilə bağlı vahid mövqeyin olmaması isə Tehranın proqramlarının qarşısını almaqda Qərbə maneələr yaradır. Ərəblər İranın nüvə silahına yiyələnməsi perspektivindən qorxsalar da, onlar Tehrana qarşı hərbi əməliyyatların keçirilməsi təklifinə qətiyyətlə etiraz edirlər. Region dövlətləri hesab edirlər ki, təcrid və sanksiyalar vasitəsilə Tehranı yolundan döndərmək mümkün deyil. Qətərlə Oman isə ümumiyyətlə, müzakirələrə qatılmaqdan imtina ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar