SON XƏBƏRLƏR

TÜRKİYƏDƏ “ƏL-QAİDƏ” ƏMƏLİYYATI

2021.10.20, 07:36
TÜRKİYƏDƏ “ƏL-QAİDƏ” ƏMƏLİYYATI

Gunaz.tv
TÜRKİYƏDƏ “ƏL-QAİDƏ” ƏMƏLİYYATI Terror şəbəkəsinə qarşı eyni vaxtda üç şəhərdə əməliyyat aparılıb 45.jpg Türkiyə polisi “əl-Qaidə” beynəlxalq terror şəbəkəsinin yerli özəyinə qarşı genişmiqyaslı əməliyyat keçirib. “CNN Türk” kanalının yaydığı xəbərə görə, İstanbul, İzmir və Manisada eyni vaxtda həyata keçirilən əməliyyatlar zamanı “əl-Qaidə”nin 38 üzvü həbs edilib. Onların terror təlimi keçmək və təbliğat aparmaq üçün istifadə etdikləri mərkəzlər də üzə çıxarılıb. Saxlanılan şəxslərdən Quran hökmləri əsasında hazırlanan islam konstitusiyasını öz istədikləri kimi təhrif etdiyini göstərən, dövlət rəsmilərinin kafir adlandırıldığı, Atatürkü anma mərasimlərini fəlakət olaraq adlandırdıqlarını göstərən vərəqələr tapılıb. Məlumata görə, polis əməliyyat zamanı vertolyotlardan istifadə edib. Əməliyyat zamanı məlum olub ki, “əl-Qaidə” özəyinin Mustafa Günəş adlı rəhbəri 6 ay əvvəl Misirə gedib, hazırda onun səlahiyyətlərini Ekrem Karakuş adlı biri yerinə yetirir. İstanbul polis müdiri Celaləddin Cərrah bildirib ki, saxlanılan şəxslər son bir ildə Türkiyədə qəsb, soyğunçuluq, adam öldürmə, oğurluq və digər əməllər törədiblər. Onlar əsasən, “əl-Qaidə” tərəfdarlarının cəlb olunduğu dini mədrəsə və terror təlimi verən mərkəz də yaradıblar. Saxlanılanların Əfqanıstan, Çeçenistan, Pakistan, İraq kimi ölkələrdəki terror düşərgələrində təlim aldıqları bildirilir. “əl-Qaidə” üzvləri Türkiyədə bir sıra terror aksiyaları həyata keçirməyi planlaşdırıb. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar