SON XƏBƏRLƏR

Ukrayna və ABŞ strateji tərəfdaş oldular

2021.10.20, 07:36
Ukrayna və ABŞ strateji tərəfdaş oldular

Gunaz.tv
Ukrayna və ABŞ strateji tərəfdaş oldular vladimir-oqrizko-kondoliza-.jpg İki ölkənin xarici işlər nazirləri Xartiya imzalayıblar Dekabrın 19-da Vaşinqtonda Ukrayna və ABŞ arasında strateji tərəfdaşlıqla bağlı Xartiya imzalanıb. Lent.az-ın “UNİAN” agentliyinə istinadən verdiyi məlumata görə, sənədi Ukrayna xarici işlər naziri Vladimir Oqrızko və ABŞ dövlət katibi Kondoliza Rays imzalayıblar. Mərasim ABŞ Dövlət Departamentinin binasında keçirilib. Sənəddə müdafiə, təhlükəsizlik, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, demokratiya və mədəni mübadilə sahələrində ikitərəfli əməkdaşlığın vacibliyi qeyd olunur. Bundan əlavə, ABŞ Ukraynanın NATO üzvlüyünə qəbul edilməsi üçün dəstək göstərəcəyini vəd edib. Qeyd edək ki, Vaşinqton müqaviləyə uyğun olaraq Krımda diplomatik nümayəndəlik yaratmağa hazırlaşır. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar