SON XƏBƏRLƏR

Azərbaycanlı əsir mənəvi-psixoloji təzyiqlərlə üzləşib

2021.10.20, 07:36
Azərbaycanlı əsir mənəvi-psixoloji təzyiqlərlə üzləşib

Gunaz.tv
“Azərbaycanlı əsir mənəvi-psixoloji təzyiqlərlə üzləşib” esir-girov-komite.jpg Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumatda deyilir ki, bu il oktyabrın 8-də qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülmüş Azərbaycan Ordusunun əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlunun guya Vətənə qayıtmaq istəməməsi barədə Ermənistan mətbuatındakı məlumatlar həqiqətə uyğun deyil: “İki aydan artıq əsirlikdə saxlanılan və daim psixoloji təzyiqlərə məruz qalan Rafiq Həsənov 2008-ci il dekabrın 9-da Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə valideynlərinə göndərdiyi məktubunda Vətənə qayıtmaq arzusunda olduğunu bildirib: «Mən çox fikirləşdim və Vətənə, anamın yanına qayıtmaq barədə qərar verdim. Ümid edirəm ki, tezliklə görüşəcəyik. Narahat olmayın. Bir az da səbr edin, mən tezliklə qayıdacağıma ümid edirəm». Bu faktı beynəlxalq Qızıl Xaç Komitəsi də telefon vasitəsilə Dövlət Komissiyasının İşçi Qrupunun diqqətinə çatdırıb. Vətənə qayıtmaq barədə beynəlxalq təşkilatlara məlumat vermiş və valideynlərinə məktub yazmış R.Həsənovun bir neçə gündən sonra «fikrini dəyişərək» Ermənistan televiziya kanallarına «müsahibə» verməsinin səbəbini izah etmək çətin deyil”. Məlumatda o da deyilir ki, müsahibə barədə Ermənistan kütləvi informasiya vasitələrindəki məlumatdan R.Həsənova mənəvi-psixoloji təzyiqlərin göstərildiyi aydın hiss edilir: “Bu isə öz növbəsində Ermənistan Respublikasının qoşulduğu beynəlxalq humanitar hüquq normaları və əsirlərlə davranış qaydalarını pozmaqda davam etdiyini bir daha təsdiqləyir. Məlumat belə «təsəvvür yaradır» ki, guya Ermənistanda insan hüquqlarına və ali insani dəyərlərə münasibət o qədər yüksək səviyyədədir ki, hətta əsir götürülmüş Azərbaycan əsgəri bunu «etiraf edir». Əsirlikdən azad olunmuş Azərbaycan vətəndaşlarının Dövlət Komissiyasına verdiyi ifadələr isə Ermənistanda olan rejimin insanlığa və bəşəriyyətə qarşı dəhşətli cinayətlər törətdiyini sübuta yetirir”. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar