SON XƏBƏRLƏR

Rusiya generalı : Rusiya Qarabağ məsələsində Azərbaycanın yanında olmalıdır

2021.10.20, 07:36
Rusiya generalı : Rusiya Qarabağ məsələsində Azərbaycanın yanında olmalıdır

Gunaz.tv
«Rusiya Qarabağ məsələsində Azərbaycanın yanında olmalıdır» Bu sözləri DAK-ın Əlaqələndirmə Şurasının konfransında çıxış edən Rusiya generalı deyib dak-loqo.jpg Bu gün Dünya Azərbaycanlıları Konqresinin Əlaqələndirmə Şurası Sankt-Peterburqda «Azərbaycan milli höküməti (1945-1946): tarix və müasirlik» mövzusunda keçirdiyi simpoziumun nəticələri ilə bağlı konfrans keçirib. DAK idarə heyətinin üzvi professor Vaqif Sultanlı bildirib ki, konfransın Sankt-Peterburqda keçirilməsi ilə bağlı həm Rusiya hökuməti, həm də İranın oradakı diplomatik nümayəndəliyi tərəfindən maneçilik törədilib. Lakin bütün maneələrə baxmayaraq, tədbir baş tutub. Tədbirdə dünyanın 7 ölkəsindən 25 məruzəçi , Azərbaycan o cümlədən Dağlıq Qarabağ ilə bğalı mühazirələr oxunub. Konfransda Qarabağ müharibəsinin iştirakçısı və rusların bu müharibədə ermənilərə kömək etdiyinə görə, rus qoşunlarından istefa verən general Aleksandd Volox çıxış edib. O bildirb ki, Rusiya Qarabağ məsələsində Azərbaycanın yanında olmalıdır. «Çünki həqiqət, haqq Azərbaycanın tərəfindədir». Tədbir digər Azərbaycanşünas alimlərin çıxışları ilə davam edib. İştirakçılara Dağlıq Qarabağda ermənilər tərəfindən törədilən vəhşilikləri əks etdirən kitab, broşurar paylanılıb, həmçinin 1945-46-cı illərdən bəhs edən «Arazın o tayı» adlı film nümayiş etdirilib./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar