SON XƏBƏRLƏR

Buş Azərbaycanı “inkişaf etməkdə olan ölkələr” kateqoriyasına saldı

2021.10.20, 07:36
Buş Azərbaycanı “inkişaf etməkdə olan ölkələr” kateqoriyasına saldı

Gunaz.tv
Buş Azərbaycanı “inkişaf etməkdə olan ölkələr” kateqoriyasına saldı bush-cixishi.jpg Azərbaycan ABŞ-a 5 min adda malı rüsumsuz göndərə bilər ABŞ Azərbaycan və Kosovoya ticarət imtiyazları tətbiq etmək qərarına gəlib. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidməti informasiya yayıb. Məlumatda bildirilir ki, prezident Corc Buş ABŞ Konqresinin rəhbərliyinə məktub ünvanlayaraq Baş Preferensiya Sistemi (BPS) çərçivəsində Azərbaycan və Kosovoya da ticarət imtiyazlarının şamil olunması barədə qərara qəbul etdiyini bildirib. Bundan sonra BPS-də Azərbaycan və Kosovo “inkişaf etməkdə olan ölkələr” kateqoriyasına aid ediləcəklər. Hökumət proqramı olan BSP ABŞ-a 132 ölkədən 5 min adda malın gömrük vergisi ödəmədən keçirilməsinə imkan verir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar