SON XƏBƏRLƏR

İRAN ADLANAN YERDƏ SAYTLARI SÜZGƏCDƏN KEÇİRƏN KOMİTƏ, SMS-ləri NƏZARƏTƏ ALAN PROKURORLUQ YARADILIR

2021.10.20, 07:36
İRAN ADLANAN YERDƏ SAYTLARI SÜZGƏCDƏN KEÇİRƏN KOMİTƏ, SMS-ləri NƏZARƏTƏ ALAN PROKURORLUQ YARADILIR

Gunaz.tv
İRANDA SAYTLARI SÜZGƏCDƏN KEÇİRƏN KOMİTƏ, SMS-ləri NƏZARƏTƏ ALAN PROKURORLUQ YARADILIR Dekabrın 19-da İran parlamentinin deputatı Əmin Həsən Rəhimi jurnalistlərə açıqlamasında İslami Şura Məclisinin «Kompüter pozuntuları layihəsi» adlı qanun layihəsi qəbul etdiyini bildirib. «Media forum» saytının məlumatına görə, Rəhimi qanun layihəsində müxtəlif informasiya saytlarında gedən materialları süzgəcdən keçirmək üçün fəaliyyət göstərəcək bir komitənin də yaradılmasının nəzərdə tutulduğunu vurğulayıb. O, komitəyə Təhsil, İnformasiya və Texnologiya, Təhlükəsizlik (ETTELAAT), Ədliyyə, İslami İrşad və Mədəniyyət nazirliklərinin nümayəndələri, Teleradio Şirkətinin rəhbəri, İslami Təbliğat Təşkilatının rəisi, Hüquq-Mühafizə Qüvvələrinin (Daxili Qoşunlar) komandanı, informasiya və kommunikasiya texnologiyaları üzrə bir ekspert və İran parlamentinin bir deputatının daxil olacağını bildirib. Tehran prokuroru Səid Mürtəzəvi isə jurnalistlərə açıqlamasında internet və kompüter qanun pozuntuları ilə əlaqədar özəl bir prokurorluğun gələn həftədən rəsmən işə başlayacağını deyib. Həmin prokurorluq vətəndaşların mobil telefonlarından biri-birlərinə göndərdiyi SMS-ləri nəzarət altında saxlayacaq. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar