SON XƏBƏRLƏR

Dövlət dili türk dili adlandırılsın! _ Aygün Həsənoğlu: "Azərbaycan dili" ifadəsi dilimizin qrammatikasına uyğun gəlmir"

2021.10.20, 07:36
Dövlət dili türk dili adlandırılsın! _ Aygün Həsənoğlu: "Azərbaycan dili" ifadəsi dilimizin qrammatikasına uyğun gəlmir"

Gunaz.tv
Dövlət dili türk dili adlandırılsın! Aygün Həsənoğlu: "Azərbaycan dili" ifadəsi dilimizin qrammatikasına uyğun gəlmir" Artıq bir neçə müddətdir ki, Azərbaycan Respublikasının dövlət dilinin dəyişdirilərək "türk dili" adlandırılması ilə bağlı kampaniya start götürüb. Məsələ ilə bağlı milli ziyalıların səsləndirdikləri fikirlərdə istər-istəməz eyni arzu-istəyi duymaq mümkündür: Türkün əski adı özünə qaytarılsın! Yazıçı-publisist Aygün Həsənoğlu da məsələyə münasibət bildirib. "Azərbaycan dili" ifadəsinin Azərbaycan dilinin qrammatikasına uyğun gəlmədiyini qeyd edən yazıçı heç bir ölkədə dövlətin adı ilə adlandırılan dilin mövcud olmadığını bildirib: "Dünya təcrübəsində Fransa dili, Amerika dili, İngiltərə dili deyilən bir anlayış yoxdur. Bəzən bizdə də dilimizin özəlliklərini bilməyənlər "azəri dili" ifadəsini işlədirlər. Azəri millətinin bizə heç bir aidiyyatı yoxdur. Azərilər fars millətinə yaxın olan bir millətdir" deyən A.Həsənoğlu bunu İranın farslaşdırma siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb: "Azərbaycan dili" deyilən bir dil, əslində türk dilidir. XX əsrin 30-cu illərinə kimi "Azərbaycan dili", "Azərbaycan ədəbiyyatı" deyilən bir anlayış olmayıb. İstər mətbuatda, istər yazıçıların əsərlərində, istərsə də tarixi-elmi mənbələrdə "türk dili" ifadəsi işlədilib. İstənilən halda dilin adının dəyişdirilərək "türk dili" adlandırılmasının tərəfdarıyam". ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar