SON XƏBƏRLƏR

MİLLƏT VƏKİLİ GÜLÜN ANASININ ERMƏNİ OLDUĞUNU DEDİ

2021.10.20, 07:36
MİLLƏT VƏKİLİ GÜLÜN ANASININ ERMƏNİ OLDUĞUNU DEDİ

Gunaz.tv
MİLLƏT VƏKİLİ GÜLÜN ANASININ ERMƏNİ OLDUĞUNU DEDİ “Ermənilərdən üzr istəyək” kampaniyası Türkiyəni qarışdırdı 1017.jpg Türkiyədə bir qrup ziyalı və yazar tərəfindən ermənilərdən üzr istəməklə bağlı başlayan kampaniya ölkədə siyasi gərginlik yaradıb. Ana müxalifət partiyası CHP bəyan edib ki, prezident Abdullah Gül bu kampaniyanı dəstəkləyir. Partiyadan olan millət vəkili Canan Arıtman isə bir qədər də irəli gedərək bu dəstəyin arxasında Gülün anasının erməni əsilli olmasının dayandığını bildirib. Türkiyə mətbuatının xəbərlərinə görə, İnternetdə başladılan kampaniya parlamentdə də müzakirə olunub. Türkiyə Böyük Millət Məclisinin Xarici siyasət komissiyasında aparılan müzakirələr zamanı CHP və MHP-dən olan millət vəkilləri kampaniyaya dəstək verənləri pisləyən bəyannamə hazırlanmasını təklif ediblər. Kürdlərin Demokratik Toplum Partiyasından olan millət vəkilləri bu təklifə qarşı çıxıblar və ermənilərdən üzr istəmək kampaniyasına haqq qazandırıblar. Komissiyada söz alan CHP millət vəkili Canan Arıtman isə deyib ki, bu kampaniyanı başlatmaq vətənə xəyanətdir: “Onu başladanlar Türkiyədən üzr istəməlidir. Bu saymazlıq deyil, vətən xainliyidir. Biz də parlament adından bəyanat yayaraq təşəbbüsə qoşulanları pisləməliyik”. Toplantıdan sonra jurnalistlərə açıqlamasında Arıtman işarə edib ki, Gülün anası əslən Kayseri vilayətindən olan erməni ailəsindəndir. CHP millət vəkillərindən Kamal Anadol isə hesab edir ki, prezident birdən-birə, heç bir ön şərt qoymadan İrəvana səfər etməklə bu cür çirkin təşəbbüslərin önünü açmış oldu. O deyib ki, Canan Arıtmanın Gülün anasının erməni əsilli olması haqda dediklərinə şərh verə bilməz, çünki hələ onunla görüşməyib. Müxalifətçi millət vəkilinin bu iddiasına Güldən reaksiya gəlməyib. Lakin dünən onun adından üzr istəmək kampaniyası ilə bağlı rəsmi açıqlama yayılıb. Prezident məsələnin kiçik siyasi maraqlar naminə başqa səmtə yozulduğundan narahatlığını bildirib. O deyib ki, millət vəkili, xarici işlər naziri və baş nazirin müavini olduğu dövrlərdə beynəlxalq platformalarda həmişə 1915-ci il hadisələrinə dair baxışlarını və türk-erməni münasibətlərinə dair mövqeyini açıq şəkildə ifadə edib. “1915-ci il hadisələrinin araşdırılması üçün tarixçilərdən ibarət ortaq komissiyanın qurulması təklifi də vaxtilə mənim tərəfimdən irəli sürülüb. Bu addım Türkiyənin mövqeyinin beynəlxalq ictimaiyyətə qəbul etdirilməsi baxımından dönüş nöqtəsi olub”. Xatırladaq ki, Güldən fərqli olaraq baş nazir Rəcəb Tayyib Ərdoğan kampaniyanı pisləyib və onu ölkəni qarışdırmağa yönələn addım kimi qiymətləndirib. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar