SON XƏBƏRLƏR

Farslar bozqurd işarəsindən qorxur

2021.10.20, 07:36
Farslar bozqurd işarəsindən qorxur

Gunaz.tv
Farslar bozqurd işarəsindən qorxur tehran2.jpg Buna görə milli fəal Əsgər Əkbərzadə 5 illik sürgünə göndərilib Qardaş Türkiyənin "Hürhaber" informasiya agentliyi Güney Azərbaycan Milli Hərəkatının fəalı Əsgər Əkbərzadənin bozqurd işarəsinə görə 5 il həbs cəzasına məhkum edilməsindən şoka düşüb. Xəbərdə bildirilir ki, Güney Azərbaycanın Ərdəbil şəhərində Pəyami-Nur Universitetinin 23 yaşlı azərbaycanlı tələbəsi dekabrın 10-da sadəcə 10 dəqiqə çəkən və qapalı keçirilən məhkəmə prosesinin ardından İranın Əfqanıstanla sərhədindəki Zahidan şəhərinə sürgün olunub. Ərdəbil İnqilab Məhkəməsinin sədri Həsənzadə müttəhimə 2 sual verib. Hakim müttəhim sözünü bitirmədən onun məhkəmə iclasını tərk etməsini və qonşu otaqında gözləməsini əmr edib. Prosesə heç bir vəkilin, onun ailə üzvlərinin və yaxınlarının qatılmasına da izn verilməyib. Hətta proses zamanı Əsgər Əkbərzadəyə özünü müdafiə etməyə belə imkan verilməyib. Turqut Məhkəmə "Ettelaat"ın Ərdəbil şöbəsinin müttəhim haqda irəli sürdüyü iddiaları araşdırmaqdan imtina edib və həmin iddiaları təsdiq edən sübutların olub-olmaması ilə maraqlanmayıb. Məhkəmənin hökmünə əsasən, milli fəal azərbaycanlı tələbələrin toplantılarına qatılmaq, pantürkist (türkçü) elan və bildirişlər yaymaq, türk milliyyətçisi, yazar Məhəmməd Əli Fərzanənin dəfn mərasimində iştirak etmək və Azərbaycan mahnıları sədaları rəqs edərkən əlilə bozqurd işarəsini göstərməkdə günahlandırılıb. Hətta sonuncu ittihamla bağlı məhkəmənin dəlili də var. Belə ki, istintaq materialının 56-cı səhifəsində Əsgər Əkbərzadənin rəqsd edərkən əlilə bozqurd işarəsini göstərdiyi bir fotosu yer alıb. Verilən belə bir ağır cəza səbəbilə bu gəncin ailəsi onu ziyarət edə bilmək üçün hər dəfə Ərdəbil şəhərindən Zahidan şəhərinədək 30 saatlıq yol getmək məcburiyyətindədir. Əsgər Əkbərzadənin apellyasiya şikayəti vermək üçün 20 gün vaxtı var. Xatırladaq ki, Əsgər Əkbərzadə bundan öncə iki dəfə həbs olunub. "Amnesty İnternational"ın məlumatına görə, milli fəal ilk dəfə 2006-cı ildə Güney Azərbaycan şəhərlərində baş vermiş etirazlar zamanı mayın 24-də həbs olunmuş və 12 gün sonra sərbəst buraxılmışdı. Əsgər Əkbərzadə daha sonra 2006-cı il oktyabrın 15-də ikinci dəfə tutuldu. O, noyabrın 1-də ailəsinə xəbər verilmədən "Ettelaat"ın istintaq təcridxanasına götürülmüş və orada milli fəala işgəncə verilmişdi. Buraya gözləri bağlayaraq döymək və əl arabasına bağlamaq daxildir. Əsgər Əkbərzadə daha sonra aclıq aksiyasına başlamış və 5 gün sonra Ərdəbil həbsxanasına geri qaytarılmışdı. Ailəsinin oğullarının saxlanıldığı yeri öyrənmək cəhdlərinə "Ettelaat" təhdidlə qarşılıq vermiş və beynəlxalq insan haqları təşkilatlarına məlumat verəcəkləri təqdirdə həbs olunacaqlarıyla hədələnmişdilər. Əsgər Əkbərzadə 2006-cı il dekabrın 21-də 8 min ABŞ dolları girov müqabilində zaminə buraxılmışdı. Azərbaycan türkləri İranda əhalinin yüzdə 40-nı (bəzi mənbələrə görə yarısından çoxunu) təşkil edir. Onlar ana dilində (Azərbaycan türkcəsində) təhsil haqqı başda olmaqla bütün milli-mədəni hüquqlarını tələb edirlər. Ümumiyyətlə, Mahmud Əhmədinejadın hakimiyyətə gəlməsindən etibarən İranda tələbələr, jurnalistlər və hüquq müdafiəçilərinə qarşı təqib və təzyiqlər artıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar