SON XƏBƏRLƏR

NYU-YORKDA TÜRKDİLLİ ÖLKƏLƏRİN KONFRANSI KEÇİRİLƏCƏKDİR

2021.10.20, 07:36
NYU-YORKDA TÜRKDİLLİ ÖLKƏLƏRİN KONFRANSI KEÇİRİLƏCƏKDİR

Gunaz.tv
NYU-YORKDA TÜRKDİLLİ ÖLKƏLƏRİN KONFRANSI KEÇİRİLƏCƏKDİR “US Azeris Network” təşkilatının icraçı direktoru Adil Bağırov AzərTAc-ın müxbirinə müsahibəsində bildirmişdir ki, gələn il mayın axırlarında Nyu-Yorkda türkdilli ölkələrin diaspor təşkilatlarının beynəlxalq konfransını keçirmək nəzərdə tutulmuşdur. Bu cür konfraslar ABŞ-ın digər iri şəhərlərində də keçiriləcəkdir. A.Bağırov demişdir ki, təmsil etdiyi təşkilat ən böyük erməni diasporunun olduğu Kaliforniyada yerləşir. Dünyanı ideologiyamız, tarixmizlə tanış etmək çox vacibdir. Gələn il mayın 28-də - Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu gün keçirməyi planlaşdırdığımız konfransa analitikləri də dəvət edəcəyik. Qoy hamı bilsin ki, Azərbaycan müsəlman Şərqində ilk demokratik dövlət qurmuşdur. Hələ Avropadan əvvəl burada qadınlara seçmək hüququ verilmişdir. “US Azeris Network” təşkilatı 2006-cı ildə yaradılmışdır. Ötən il Amerika Azərbaycanlıları Şəbəkəsi və Amerika Azərbaycanlıları Şurası yaradılmışdır. İndi biz daha yüksək səviyyədə iş apara bilərik. Son illər ABŞ Azərbaycana böyük maraq göstərir. ABŞ-ın regionumuzda strateji maraqları var və amerikalıların bizi daha yaxından tanımasına çalışmalıyıq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar