SON XƏBƏRLƏR

Erməni əsirliyindəki əsgərimizə işgəncə verirlər

2021.10.20, 07:36
Erməni əsirliyindəki əsgərimizə işgəncə verirlər

Gunaz.tv
Erməni əsirliyindəki əsgərimizə işgəncə verirlər esiresgerrafiqhesenov.jpg Eldar Sabiroğlu: “Onun ziddiyyətli ifadələri işgəncə və zorakılığın nəticəsidir” “Ermənistanda əsirlikdə olan Rafiq Həsənovla bağı fərqli məlumatlar daxil olur. Onun özü də özü barədə bir-birini təkzib edən məlumatlar verir. Bütün bunların hamısı ona verilən işgəncə və digər zorakılıq aktlarını nəticəsidir. Buna heç bir şübhə ola bilməz. Onun sonuncu açıqlamasını da bu mənada təsadüfü saymıram”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu Ermənistanda əsirlikdə olan Rafiq Həsənovun Azərbaycana qayıtmaq istəməməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib. E. Sabiroğlunun sözlərinə görə, Ermənistan beynəlxalq ictimaiyyətdə Azərbaycan Ordusu haqqında mənfi rəy yaratmaq üçün bu cür məkrli və alçaldıcı üsullardan istifadə edərək, əsiri bir növ alətə çevirir: “Belə münasibət isə insan hüquq və azadlıqlarına, hərbi əsirlərlə bağlı bütün konvensiyalara ziddir. Buna baxmayaraq, ermənilər əsirə qarşı qeyri-insani münasibəti davam etdirirlər”. Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından isə APA-ya bildirilib ki, Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) ötən həftə R. Həsənovun Azərbaycana qayıtmaq istəməsi barədə məlumat alıblar. Dövlət Komissiyası bundan sonra əsiri tez bir zamanda geri almağa hazır olduğunu açıqlayıb. BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, qurum nümayəndələri R. Həsənovla sonuncu dəfə dekabrın 12-də görüşüblər. Görüşlə bağlı bütün detallar konfidensial saxlanılır. Əsirin qardaşı Afiq Həsənov isə APA-nın Qarabağ bürosuna bildirib ki, Rafiq Həsənovun Ermənistan televiziyasında çıxış etdiyini onlar da eşidiblər: “Amma biz onun Azərbaycana qayıtmaq istəməməsinə inanmırıq. Çünki Rafiq sonuncu məktubunda qayıtmaq istədiyini yazmışdı”. Xatırladaq ki, R. Həsənovun valideynlərinə rus dilində təqdim edilən sonuncu məktubunda onun Azərbaycana qayıtmaq istədiyi bildirilmişdi: “Mən çox düşündüm və doğulduğum Vətənə, anamın yanına qayıtmaq qərarı verdim. Bir az da dözün. Tezliklə görüşəcəyik”. Əlavə edək ki, əsir R. Həsənov oxuyub-yaza bilmədiyi üçün məktubu onun adından BQXK nümayəndəsi yazıb. Qeyd edək ki, 19 yaşlı əsir Rafiq Həsənovun Ermənistan televiziyalarından birində çıxış edərək, Azərbaycana qayıtmaqdan imtina etdiyini söylədiyi barədə “Novosti-Armeniya” məlumat yayıb. R. Həsənov çıxışında Azərbaycan Ordusunda hərbi xidmət keçən zaman təhqir və alçaldıcı hərəkətlərə məruz qaldığını deyib: “Buna dözməyərək ayağıma atəş açdım və hospitalda müalicə olundum. Lakin bundan sonra belə, mənə qarşı təhqiramiz hərəkətlər dayandırılmadı”. Rafiq Həsənov Ermənistanda ona yaxşı münasibət bəsləndiyini deyib və valideynlərinə, yaxınlarına salam göndərib: “Mənim taleyimə görə narahat olmayın, burada mənə yaxşı münasibət bəsləyirlər. Bir daha bəyan edirəm ki, Azərbaycana qayıtmayacağam”. Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonu ərazisində, qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar