SON XƏBƏRLƏR

Stepan Safaryan: “Ermənistan özünü tələyə salıb”

2021.10.20, 07:36
Stepan Safaryan: “Ermənistan özünü tələyə salıb”

Gunaz.tv
Stepan Safaryan: “Ermənistan özünü tələyə salıb” stepan-safaryan.jpg Müxalifət deputatı İrəvanın Dağlıq Qarabağın “müstəqilliyini” tanımaq hüququndan məhrum olduğunu bildirir “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Moskva deklarasiyasını imzalamaqla Ermənistan özünü Dağlıq Qarabağın müstəqilliyini tanımaq imkanından məhrum edib”. Lent.az-ın məlumatına görə, belə bir bəyanatla Ermənistanın “İrs” müxalifət partiyasından parlamentin deputatı Stepan Safaryan “Regnum” agentliyinə müsahibəsində bildirib. Safaryanın fikrincə, Ermənistan bu addımla özünü tələyə salıb: “Moskva deklarasiyasında dəqiq şəkildə göstərilib ki, Azərbaycan və Ermənistan Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün Minsk qrupu tərəfindən irəli sürülən təkliflər çərçivəsində birbaşa ikitərəfli danışıqlar keçirəcəklər. Qarabağın müstəqilliyinin tanınması çox riskli addım olacaq. Bu o anlama gələcək ki, birincisi, Ermənistanın özünün imzaladığı sənədlərə hörmət etmir, ikincisi, biz əvvəllər alqışladığımız dinc prosesdən imtina edirik”. Deputat bildirib ki, “müstəqilliyin” tanınmasından ilk növbədə deklarasiyanın imzalanmasında “xaç atası” rolunu oynayan Moskva narazı qalacaq: “Rusiya xüsusən də avqust müharibəsindən sonra digər münaqişənin kəskinləşməsində maraqlı deyil. Bu, ona da əlavə problemlər yarada bilər. Özü də ki, onun Qarabağ münaqişəsi kontekstində müdaxiləsi heç bir sənədlə əsaslanmayıb”. Safaryan qeyd edib ki, Rusiya Moskva deklarasiyasının istənilən şəkildə pozulmasını öz maraqlarına qarşı fəaliyyət kimi dəyərləndirə bilər. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar