SON XƏBƏRLƏR

Şahnaz Qulami ilə bağlı Hillari Klintona müraciət edildi

2021.10.20, 07:36
Şahnaz Qulami ilə bağlı Hillari Klintona müraciət edildi

Gunaz.tv
Şahnaz Qulami ilə bağlı Hillari Klintona müraciət edildi shahnaz-qulami.jpg ABŞ-ın Kaliforniya şəhərində fəaliyyət göstərən Güney Azərbaycan Diplomatik Komissiyasının sədri, doktor Əlirza Nəzmi senator Hillari Klintona güneyli jurnalist Şahnaz Qulamilə bağlı müraciət ünvanlayıb. Bu barədə Lent.az-a Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən məlumat verilib. “Mən bu məktubu sizə bir xanım, ana, haqsızlıqla mübarizə aparan və yanlışlarla savaşan bir insan olduğunuz üçün yazıram. Senator Klinton, daha öncə açıqladığım kimi, bir jurnalist, bir qadın, bir ana, və məsuliyyət hissi daşıyan Şahnaz Qulami bu il noyabrın 9-da həbs olunub. O, heç bir günah işləməyib, hətta İran adlanan yerin qanunlarını belə pozmayıb. Ancaq bir neçə ay öncə milli fəal Qulamrza Əmani qardaşları ilə birlikdə yol qəzasında öldürülüblər. Həmin yol qəzasını da İran xüsusi xidmət orqanları hazırlayıb. Şahnaz Qulami də məsuliyyətli bir jurnalist olaraq, bu qəza barəsində araşdırma aparılmasını təklif edib. Bu da onun həbs olunmasına səbəb olub. O hələ də həbsxanadadır və ailəsi ilə görüşmək, vəkil tutmaq hüququndan məhrum olunub. Bir amerikalı insan haqları müdafiəçisi olaraq, sizin diqqətinizi bu haqsızlığa cəlb edib və səsinizi Şahnaz Qulaminin müdafiəsi və azadlığı üçün istəyirəm” – deyə, müraciətdə bildirilib. Pərvin ABBASOV LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar