SON XƏBƏRLƏR

NATO Rusiya ilə təmaslara başlayır

2021.10.20, 07:36
NATO Rusiya ilə təmaslara başlayır

Gunaz.tv
NATO Rusiya ilə təmaslara başlayır 20080403122703nato-ensign-belg-afp11.jpg NATO Avqust ayında Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra NATO və Rusiya sabah, cümü günü ilk dəfə yüksək səviyyədə danışıqlar keçirəcəklər. NATO-nun bir rəsmi nümayəndəsi deyib ki, Şimali Atlantika Alyansının baş katibi Yaap de Hup-Skeffer (Jaap de Hoop Scheffer) Rusiyanın NATO-dakı elçisi Dmitri Roqozinlə görüşəcək. Bu görüş Brüsseldə qeyri-rəsmi şam yeməyi şəraitində keçəcək. NATO üzvləri bu ayın əvvəllərində Rusiya ilə ünsiyyətin tədricən bərpa edilməsinə razılaşmışlar. Hərçənd eyni zamanda bildirilmişdi ki, Gürcüstanda müharibədən sonra rəsmi Moskva ilə əvvəlki əməkdaşlıq barədə söhbət belə olmayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar