SON XƏBƏRLƏR

Avropanı etiraz dalğası bürüyüb

2021.10.20, 07:36
Avropanı etiraz dalğası bürüyüb

Gunaz.tv
Avropanı etiraz dalğası bürüyüb yunaninstan.jpg Yunanıstanlı gənclər sakitləşmək bilmir. İkinci həftədi iğtişaşları davam etdirən nümayişçilər paytxatda növbəti dəfə polislə toqquşublar. Fransada isə tələbələr təhsil islahatına etiraz ediblər. Axşam saatlarında baş vermiş iğtişaşda bir qrup gənc parlament binasına daxil olmağa çalışıb. Lakın bu zaman polis onların qarşısını alıb. Polisə qarşı müqavimət gösətərən iğtişaçılar isə daş və yandırıcı maddələrdən istifadə ediblər. Təhlükəsizlik qüvvələri iğtişaşı yatırmaq üçün gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb. Paytaxtdakı Afina universiteti ətrafında isə iğtişaşçılar zibil qutularını və kafelərin stullarını yandırıblar. Həmçinin iğtişaşçılar Afinanın mərkəzində qurulmuş milad ağacını da yandırmağa çalışıblar. Lakin bunun qarşısı polis tərəfindən alınıb. İğtişaşlar zamanı onlarla adam həbs olunub. Gənclərin kütləvi nümayişi Fransada da qeydə alınıb. Ölkənin bir çox şəhərlərində şagirdlər hökumətin təhsil islahtlarına etiraz ediblər. Müəllimlərinin sayının azaldılmasını nəzərdə tutan islahatlar isə hökumətin qərarıyla bir il təxirə salınıb. Lakin nümayişçilər bu qərarın bir dəfəlik ləğvini istəyirlər. Aksiyalarda yanvarın 17-də yenidən münaqişlərin keçrilməsi qərara alınıb. Ümumilikdə Fransada keçrilən aksiyalarda 130 mindən çox tələbə iştirak edib. Bəzi şəhərlərdə nümayişçilər polislə qarşıdurmaya çıxıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar