SON XƏBƏRLƏR

Dövlət Baxçalı:"Türk milləti olaraq bu kampaniyanı başladanlardan utanmalıyıq"

2021.10.20, 07:36
Dövlət Baxçalı:"Türk milləti olaraq bu kampaniyanı başladanlardan utanmalıyıq"

Gunaz.tv
Dövlət Baxçalı:"Türk milləti olaraq bu kampaniyanı başladanlardan utanmalıyıq" devlet_bey_baxcali.jpg Millətçi Hərəkat Partiyasının sədri cəmiyyətin bütün təbəqələrində bu kampaniyaya qarşı milli ruh nümayiş etdirildiyini bunun ölkə üçün sevindirici olduğunu bildirib Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bir qrup ziyalının internetdə başlatdığı “ermənilərdən üzr istəyirəm” kampaniyasına münasibətini bildirib. Kampaniyanı başladanlardan utandığını deyən Baxçalı qondarma "erməni soyqırımı" iddialarının uzun müddətdir Türkiyə dövlətini məşğul etdiyini deyib. Dövlət Baxçalı Türkiyə dövlətinin hər zaman bu iddialar qarşısında tab gətirdiyini, ancaq bütün bunlara baxmayaraq, erməni diasporunun xüsusilə ABŞ və Fransada bununla bağlı təbliğatını davam etdirdiyini bildirib: 'Bəzi qondarma ziyalılarımız qondarma erməni soyqırımı iddialarına sanki cavab verilməsi lazım imiş kimi üzr kampaniyası başladıblar. Səmimi olaraq deyirəm bu kampaniyanı başladanlardan utanıram. Türk milləti olaraq bu kampaniyanı başladanlardan utanmalıyıq'. MHP sədri kampaniyanın yersiz olduğunu və bundan imtina edilməsini daha öncə də qeyd etdiyini deyərək, cəmiyyətin bütün təbəqələrində bu kampaniyaya qarşı milli ruh nümayiş etdirildiyini bunun ölkə üçün sevindirici olduğunu bildirib. Qeyd edək ki, Türkiyədə bir qrup ziyalı internet vasitəsilə "ermənilərdən üzr istəyirik" kampaniyasına start verib./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar