SON XƏBƏRLƏR

Ermənilərə qarşı zülmü inkar edən erməni imzaları

2021.10.20, 07:36
Ermənilərə qarşı zülmü inkar edən erməni imzaları

Gunaz.tv
Ermənilərə qarşı zülmü inkar edən erməni imzaları ermeni_imzalari_zulmu_yalan.jpg Türkiyənin Haber7 agentliyinin müxbiri Fatih Bayhan Türkiyədə bir qrup ziyalının internetdə başlatdığı “ermənilərdən üzr istəyirik” kamapaniyasına cavab olaraq, 1919-cu ildə ermənilərin yayınladığı bəyanatı təqdim edib Siyasətə meylli bəzi ermənilər, başda erməni patriarxı Zavon olmaqla 1919-cu ildə Anadoludakı qurtuluş mübarizəsinə mane olmaq və dağılan Osmanlıdan torpaq qoparmaq üçün, “Bizə qarşı soyqırımı edirlər, Anadoluda canımız və malımız təhlükə qarşısındadır” deyə dünyanı ayağa qaldırdığını görən Anadoludakı ermənilər bir yerə toplaşaraq bəyanat yayıblar. “Biz Anadoluda yaşayan yunan və erməni əhali olaraq neçə illərdir müsəlmanlarla sülh və əminamanlıq şəraitində yaşadıq, yenə yaşayırıq. Bizlərə qarşı təyziqlər edildiyi, can və malımızın təhlükəsizlikdə olmadığı və milli qüvvələrə dəstək verməsək bu ərazilərdən deportasiya ediləcəyimiz barədə yayılmş élan yalandır və aranı qarşıdırmaq istəyən qüvvələrin işidir.” İmzalayanlar: Çişyan Vahan, Hakemyan Niksarliyan, Lazar kebapçıyan, Haralambus, Çobanoğlu Pordan, Arzumanoğlu Sora, Değirmenciyan Kayıkyan, Cekiyan Samur Kaşiyan, Tüccardan Yozgatlıpğlu Esian, Lazar Bedis, Kebapçıoğlu Kiryako. Bəyanata imza atanları diqqətlə oxuyun: Türkiyədəki erməni və yunan əsilli vətəndaşlardır.. Tarix və sənədlər Anadoluda qeyri müsəlmanların hər zaman sülh və təhlükəsiz şəraitdə yaşadığını göstərir. Bəs bu üzr istəyənlərin məqsədi nədir? Və kimə xidmət edir? Qeyd edək ki, Türkiyədə bir qrup ziyalı internet vasitəsilə “ermənilərdən üzr istəyirik” kampaniyasına başlayaraq, bütün Türkiyə xalqını bu kompaniyaya qatılmağa çağırıb./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar