SON XƏBƏRLƏR

Rusiya Gürcüstanda mükəmməl qaydada hazırlanmış işğal planını həyata keçirib

2021.10.20, 07:36
Rusiya Gürcüstanda mükəmməl qaydada hazırlanmış işğal planını həyata keçirib

Gunaz.tv
Rusiya Gürcüstanda mükəmməl qaydada hazırlanmış işğal planını həyata keçirib gruziya-duma.jpg Rusiya Gürcüstanda mükəmməl qaydada hazırlanmış işğal planını həyata keçirib. Bu ilin avqust hadisələrini araşdıran Gürcüstan parlamentinin xüsusi komissiyası belə qənaətə gəlib. Parlament komissiyasının təqdim etdiyi sənədə əsasən müharibəni Gürcüstan deyil məhz Rusiya başlayıb. 200 səhifəlik sənəd gürcü-osetin münaqişə zonasındakı müharibədən əvvəl və sonrakı vəziyyəti əks etdirir. Öz hesabatında komissiya Rusiya tərəfinin addımlarına hüquqi qiymət verir. Həmçinin döyüşlərin xronologiysını əməlityyatın miqyasını və gürcü tərəfinin itkilərini açıqlayır. Sənəddə video və foto materiallar da öz əksini tapıb. Komisiya araşdırmalar zamanı 22 yüksək rütbəli dövlət məmurunu o cümlədən Gürcüstan prezidenti Mixail Saakaşvilini də dindirib. Məsələ ilə bağlı rəsmi Moskva isə hələlik heç bir münasibət açıqlamayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar