SON XƏBƏRLƏR

Buş kinsiz olar

2021.10.20, 07:36
Buş kinsiz olar

Gunaz.tv
Buş kinsiz olar ABŞ prezidenti ona ayaqqabı atan yurnalistlə ədavət saxlamır ABŞ prezidenti Corc Buş İraqın "Bağdadiyyə" telekanalının yurnalisti Müntədar əl-Zəidinin cəzalandırılması və ya əfv edilməsi hüququnu İraqa saxlayıb. Belə bir bəyanatla Ağ evin mətbuat katibi Dana Perino çıxış edib. Xatırladaq ki, Amerika dövlət başçısının bu günlərdə İraqa səfəri zamanı iraqlı yurnalist öz çəkmələrini ona tullamışdı. Həmin insident zamanı Buş çəkmədən yayınsa da, bu xoşbəxtlik onun mətbuat xidmətinin rəhbərinə qismət olmamışdı. Yurnalist zərərsizləşdirilən zaman Perinoya zərbə dəymiş, nəticədə onun gözünün altı qaralmışdı. Elə dünən də Perino gözünün altındakı qaralmış şəkildə yurnalistlərin qarşısına çıxıb. Yurnalistlərlə zarafat edən mətbuat katibi bildirib ki, bu gündən etibarən yurnalistlər Ağ evə daxil olarkən ayaqqabılarını çıxarmalı olacaqlar. "Prezident hesab edir ki, İraq suveren demokratik ölkədir və onlar İraqda qəbul olunmuş prosedura riayət edəcəklər. Lakin mənim artıq dediyim kimi, prezident baş verənlərə görə kin saxlamır" - deyə D.Perino bəyan edib. Dünən Ağ evin rəhbəri də məsələyə münasibət bildirib. "CNN"nin qonağı olan Buş deyib ki, İraq yetkililərinin hansı addımları atacaqlarını bilmir, lakin onunla sərt davranmasının əleyhinədir: "O an düşünməyə fürsət olmadı, çünki üstümə gələn ayaqqabılardan qurtulmağa çalışırdım. Bu, prezidentlik dövründə qarşılaşdığım ən əcaib olaydır. Demokratik İraqda bütün suallara cavab verməyə hazır idim. Lakin o dəliqanlı qalxıb ayaqqabılarını mənə qarşı fırıldatdı. Bu, özünü ifadə etməyin ilginc bir yoluydu". Hazırda C.Buşa çəkmələrini atan (bu, ərəb ölkələrində ən təhqiramiz hərəkətlərdən sayılır) yurnalist aksiyadan sonra mühafizəçilərin ona yetirdikləri sınıq və zədə xəsarətlərindən "İbn-Sina" xəstəxanasında müalicə olunur. Bu arada isə Beynəlxalq Yurnalistlər Federasiyası Buşa ayaqabı atan Müntədar əl-Zəidinin azadlığa buraxılması tələbi ilə çıxış edib. Yurnalist İraqın baş naziri Nuri Əl-Malikiyə xəyanət maddəsi üzrə də günahlandırıla bilinər. İraq DİN-in rəsmisi Əbdülkərim Cələf olayı mədəniyyətdən uzaq, yurnalistə yaraşmayan çox çirkin bir hərəkət adlandırıb. Buna baxmayaraq, Zəidi ərəb dünyasında ikinci qəhrəman kimi göstərilir. Ərəb dünyasının mərkəzlərindən hesab edilən Qahirədə yaşayan nüfuzlu din xadimi Cavab Bərəkat Zəidini "Həmas" lideri Həsən Nəsrallahdan sonra ikinci qəhrəman adlandırıb: "Nəsrallah ərəblərin qırılan qürurunu az da olsa, bərpa etdi. Zəidi isə Buşa olan nifrətimizi çatdırdı". "Ayaqqabı" qalmaqalı ilə bağlı ən maraqlı xəbər isə bundan ibarətdir ki, İnternetdə bununla bağlı oyun çıxıb. Oyunda yarışmaçılar Buşun yerinə keçərək atılan ayaqqabılardan qaçmağa çalışırlar. İzmirli ayaqabbı ustaları isə Zəidinin vəkillə bağlı xərclərini öz üzərilərinə götürməyə hazır olduqlarını söyləyiblər. "Zaman" qəzetinin yazdığına görə, usta Gözəl "ABŞ-a atom bombası atsaydın, heç belə təsirli olmazdı" sözlərini işlədib. Yayılan məlumatlara görə, Buşa atılan ayaqqabı türk ayaqqabı şirkəti tərəfindən düzəldilib. Son məlumatlara görə, iraqlı yurnalist məhkəmə qarşısına çıxarılıb. Prosesə sədrlik edən hakim Əbdülsəttar Birqədir Zəidini 15 ilə qədər həbs cəzası gözlədiyini istisna etməyib. Yayılan məlumata görə, yurnalist günahını etiraf edib. Azər NURİYEV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar