SON XƏBƏRLƏR

ŞAHNAZ QULAMİNİN HƏBSİNƏ ETİRAZ SƏSİMİZİ QALDIRMALIYIQ _Arzu Səmədbəyli Milli Məclisi bu məsələyə münasibət bildirməyə çağırıb

2021.10.20, 07:36
ŞAHNAZ QULAMİNİN HƏBSİNƏ ETİRAZ SƏSİMİZİ QALDIRMALIYIQ _Arzu Səmədbəyli Milli Məclisi bu məsələyə münasibət bildirməyə çağırıb

Gunaz.tv
“ŞAHNAZ QULAMİNİN HƏBSİNƏ ETİRAZ SƏSİMİZİ QALDIRMALIYIQ” Arzu Səmədbəyli Milli Məclisi bu məsələyə münasibət bildirməyə çağırıb 6163.jpg Güney Azərbaycanda jurnalist Şahnaz Qulaminin həbs olunmasına etiraz əlaməti olaraq dünyada böyük bir kampaniya başlayıb. Ayrı-ayrı ölkələrdə yaşayan 500-dək azərbaycanlı ziyalı xanım jurnalistin azadlığına nail olmaq məqsədilə Müdafiə Komitəsi yaradıblar. Qeyd edək ki, Müsavat Partiyasının Divanı da soydaşımızın azadlığa buraxılması tələbi ilə çıxış edib. Müsavat deputat qrupunun üzvü Arzu Səmədbəyli isə Milli Məclisin son iclasında bu barədə çıxış edərək parlamenti azərbaycanlıların taleyinə biganə qalmamağa çağırıb: “Azərbaycanın güneyində, İran adlanan ölkədə yaşayan soydaşlarımıza qarşı repressiya heç bir vaxt bu parlamentin tribunasından böyük həyəcanla səslənməyib. Doğrudur, bununla bağlı ayrı-ayrı deputatlar, Müsavat deputat qrupu çıxış edib, fikirlərini bildirib. Amma referendum təklifi verən hakim partiyanın nümayəndələri çox təəssüflər olsun ki, o tayda yaşayan 40 milyondan artıq soydaşımızın taleyinə çox biganə yanaşır. Son dövrlər ordakı soydaşlarımızın həbsi, ordakı basqılar, tutqular diqqətdən kənarda qalıb”. Millət vəkili qeyd edib ki, üç qardaş - Qulamrza, Kərim və Səfər Əmanilərin müəmmalı şəkildə avtomobil qəzasına salınaraq öldürülməsi və bu məsələnin ETTELAAT tərəfindən həyata keçirildiyini iddia eləyən jurnalist Şahnaz Qulaminin həbs olunmasına da reaksiya verilmir: “Dünyada yaşayan soydaşlarımız onun müdafiə komitəsinin yaradılmasında dəstək istəyiblər. Biz də bu məsələyə öz etiraz səsimizi qaldırmalıyıq. Artıq İsveç Xarici İşlər Nazirliyi, isveçli xanım millət vəkili Amineh Kakabaveh bu məsələ ilə bağlı müraciət edib. Mən də Müsavat deputat qrupu adından bu basqıların dayandırılmasını tələb edirəm. Eyni zamanda təklif edirəm ki, parlament bu məsələyə münasibət bildirsin”. Əlavə edək ki, A.Səmədbəyli deputat qrupu adından bu çıxışı edərkən həm Müsavat Divanının qərarına, həm də xaricdə yaşayan soydaşlarımızın çoxsaylı müraciətlərinə istinad edib. Qeyd edək ki, İsveç Xarici İşlər Nazirliyi deputat A.Kakabavehin müraciətinə əsasən İrana jurnalistin azad olunması ilə bağlı müraciət edəcəyini vəd edib. İsveçdə fəaliyyət göstərən Azər Cəmiyyəti və Güney Azərbaycan Milli Hərəkatının xanım fəalı Şahnaz Qulaminin Hüquqlarını Mudafiə Komitəsinin səyləri nəticəsində Güney Azərbaycan məsələsi İsveç parlamentinin deputatlarının diqqətinə çatdırılıb. Elşad PAŞASOY Düzəliş Qəzetimizin dünənki sayında millət vəkili Arzu Səmədbəylinin YAP-çı deputat Əli Əhmədovun konstitusiyaya düzəlişlə bağlı təklifinin müzakirəsi zamanı bu təklifə dəstək verdiyi bildirilib. Əslində isə bu, redaksiyanın yol verdiyi texnik xətadır. Başqa sözlə, A.Səmədbəyli həmin təklifi nəinki dəstəkləməyib, hətta onun əleyhinə çıxıb. Bu yanlışlığa görə oxuculardan və millət vəkilindən üzr istəyirik. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar