SON XƏBƏRLƏR

Dövlət çevrilişi hazırlayan 35 general tutuldu

2021.10.20, 07:36
Dövlət çevrilişi hazırlayan 35 general tutuldu

Gunaz.tv
Dövlət çevrilişi hazırlayan 35 general tutuldu iraq-polisi.jpg İraqlı generallar “BƏƏS” partiyasını hakimiyyətə qaytarmaq istəyirlər İraqda son 3 gün ərzində Daxili İşlər Nazirliyinin 35 məmuru həbs olunub. Lent.az-ın “The New York Times” qəzetinə istinadən verdiyi məlumata görə, onlar Səddam Hüseynin “BƏƏS” partiyasını hakimiyyətə gətirmək üçün çevriliş hazırlamaqda ittiham olunurlar. Tutulanların hamısı generallardır. Həbs olunanlar arasında nazirliyin rəhbərlərindən biri general Əhməd Əbu Rakif də var. Əməliyyatı birbaşa baş nazir Nuri əl-Məlikiyə tabe olan antiterror qruplaşması həyata keçirir. BƏƏS partiyası üzvlərinin böyük əksəriyyəti sünnilər olsa da, tutulanlar arasında şiələr də var. İstintaq orqanlarındakı mənbə qəzetə bildirib ki, həbs edilənlərin “əl-Auda” qruplaşması ilə əlaqəsinin olduğunu sübut edən faktlar əldə olunub. Bu qrup “BƏƏS” partiyasını bərpa etməyə cəhd edir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar