SON XƏBƏRLƏR

Əli Həsənov: «Eyni şəxsin 2 dəfədən artıq prezident seçilməsinə məhdudiyyətin aradan qaldırılması təklifini ictimai təşəbbüs kimi qiymətləndiririk»

2021.10.20, 07:36
Əli Həsənov: «Eyni şəxsin 2 dəfədən artıq prezident seçilməsinə məhdudiyyətin aradan qaldırılması təklifini ictimai təşəbbüs kimi qiymətləndiririk»

Gunaz.tv
Əli Həsənov: «Eyni şəxsin 2 dəfədən artıq prezident seçilməsinə məhdudiyyətin aradan qaldırılması təklifini ictimai təşəbbüs kimi qiymətləndiririk» ali_hasanov.jpg Prezident Aparatının İctimai Siyasi Şöbəsinin müdiri parlamentdə bu məsələ ilə bağlı keçirilən müzakirələri təbii qəbul etmək lazım olduğunu deyir «Azərbaycanda prezident səlahiyətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı edilən təklifləri ictimai təşəbbüs kimi qiymətləndiririk». ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Aparatının İctimai Siyasi Şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, parlamentdə bununla bağlı keçirilən müzakirələri təbii qəbul etmək lazımdır. «Əgər hər hansı millət vəkili, deputat qrupunun rəhbəri, yaxud siyasi ictimai təşkilatı təmsil edən şəxs təklif irəli sürürsə, bunun müzakirəsinə də, qəbul ediləcək qərara da təbii baxmaq lazımdır». Xatırladaq ki, bu gün Milli Məclisdə ölkə konstitusiyasında, eyni şəxsin 2 dəfədən artıq prezident seçilməsinə məhdudiyyət nəzərdə tutan müddəanın aradan qaldırılması ilə bağlı referendumun keçirilməsi məsələsi müzakirə olunub./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar