SON XƏBƏRLƏR

İRANIN DİNİ RƏHBƏRİ: «BU TƏHLÜKƏLİ FİTNƏ QARŞISINDA AYIQ OLMALIYIQ»

2021.10.20, 07:36
İRANIN DİNİ RƏHBƏRİ: «BU TƏHLÜKƏLİ FİTNƏ QARŞISINDA AYIQ OLMALIYIQ»

Gunaz.tv
İRANIN DİNİ RƏHBƏRİ: «BU TƏHLÜKƏLİ FİTNƏ QARŞISINDA AYIQ OLMALIYIQ» xamneyi-17dekabr2008_1.jpg Dekabrın 17-də Qədir Xum bayramı (Məhəmməd peyğəmbərin həzrət Əlini özünə canişin seçməsinin ildönümü ilə əlaqədar şiələrin keçirdiyi bayram) münasibətilə İranın dini rəhbəri ayəttullah Əli Xamneyi ölkənin bir qrup ruhani və hökumət məmurunu qəbul edib. «Media forum» saytının məlumatına görə, dini rəhbər müsəlmanlar arasında ixtilaf salanların fitnələri qarşısında ayıq-sayıq olmağı vacib sayaraq ölkədəki şiə və sünniləri birliyə çağırıb: «Müsəlmanların, o cümlədən şiə və sünnilərin birliyindən, onların inqilaba bağlılığından zərər çəkən fövqəldövlətlər sünni-şiə ixtilafı salmağa çalışrlar. Bu təhlükəli fitnə qarşısında ayıq olmalıyıq». Ayətullah Xamneyi bir sıra xarici ölkələrin şiələrlə sünnilər arasında ixilaf salmaq üçün bəzi kitabların nəşrini maliyyələşdirdiyini bildirib: «Şiə və sünnilərə qarşı təhqirlə, böhtanla dolu bu kitabların xərcini xaricdə fövqəldövlətlərə bağlı vahid mərkəz təmin edir. Belə təhlükələr qarşısında ayıq olmaq lazımdır. Bu kimi kitabların çapı və yayılması yalnız ABŞ və sionisitlərin məqsədlərinin gerçəkləşməsinə xidmət edir. Belə kitablarla nə bir şiə gedib sünni olar, nə də bir sünni öz məzhəbini buraxıb şiəliyə meyl edər». İndiyədək Tehranda yaşayan sünnilərin (kürdlər, türkmənlər, bəluçlar, ərəblər və s.) nümayəndələri və sünni ruhanilər paytaxtda sünnilərə məxsus bir məscidin tikilməsi üçün dəfələrlə hökumət orqanlarına müraciət etsə də, onlara icazə verilməyib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar