SON XƏBƏRLƏR

ABŞ Xəzinədarlıq Nazirliyi İRANın Milli Bankının nəzdində fəaliyyət göstərən «Assa» şirkətinin bank hesabını dondurub

2021.10.20, 07:36
ABŞ Xəzinədarlıq Nazirliyi İRANın Milli Bankının nəzdində fəaliyyət göstərən «Assa» şirkətinin bank hesabını dondurub

Gunaz.tv
AMERİKA HÖKUMƏTİ «ASSA»nın BANK HESABINI DONDURUB assa.jpg ABŞ Xəzinədarlıq Nazirliyi İran Milli Bankının nəzdində fəaliyyət göstərən «Assa» şirkətinin bank hesabını dondurub. Nazirlik bununla bağlı yaydığı bəyanatda ABŞ vətəndaşlarından «Assa» ilə əməkdaşlığa girməməyi də tələb edib. Ofisi Nyu-Yorkda yerləşən «Assa» şirkəti İranı nüvə fəaliyyəti üçün lazım olan maliyyə vəsaiti ilə təmin etməkdə günahlandırılır. «Media forum» saytının məlumatına görə, ABŞ xəzinədarlıq nazirinin müavini Stuart Levi jurnalistlərə açıqlamasında «Assa»nı İran Milli Bankının təsis etdiyini vurulayıb: «İran Milli Bankı bu şirkət vasitəsilə ABŞ-dan İrana vəsait cəlb etməyə çalışır. Bu isə fırıldaqçılığın bir nümunəsidir».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar