SON XƏBƏRLƏR

Azərbaycan OPEK-in qərarını dəstəkləyəcək

2021.10.20, 07:36
Azərbaycan OPEK-in qərarını dəstəkləyəcək

Gunaz.tv
Azərbaycan OPEK-in qərarını dəstəkləyəcək neft2.jpg Yaxın saatlarda OPEK ölkələrinin Əlcəzairdə 151-ci toplantısı işinə başlayacaq. İclasda gündəlik hasilatın 2 milyon barelədək azaldılacağı istina edilmir. Kartelə daxil olmayan ölkələrin, o cümlədən Azərbaycanın da dəvət alması qəti qərarın qəbul ediləcəyindən xəbər verir. İclasda ölkəmizi təmsil edəcək sənaye və energetika naziri Natiq Əliyev «Ria-Novosti» agentliyinə müsahibəsində Azərbaycanın OPEK-in qərarını dəstəkləyəcəyini və gündəlik hasilatı 300 min barelədək azaltmağa hazır olduğunu bəyan edib. Rusiya da hasilatı 300-320 min barelədək azaltmaq niyyətindədir. Son qərar yaxın saatlarda məlum olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar