SON XƏBƏRLƏR

Onur Öymən: "Üzr istəyəsi bir tərəf var o da Ermənistandır"

2021.10.20, 07:36
Onur Öymən: "Üzr istəyəsi bir tərəf var o da Ermənistandır"

Gunaz.tv
Onur Öymən: "Üzr istəyəsi bir tərəf var o da Ermənistandır" ermenistan_uzr_istesin.jpg Cümhuriyyət Xalq Partiyasının İzmir millət vəkili Türkiyənin üzr istəməsini şərtləndirəcək bir vəziyyətin mövcud olmadığını bildirib Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini və Bursa şəhərindən millət vəkili olan Onur Öymən Türkiyədə bir qrup ziyalı tərəfindən başladılan “ermənilərdən üzr istəyirik” kampaniyasına öz etirazını bildirib. Millət vəkili nə hüquqi, nə də tarixi cəhətdən Türkiyənin üzr istəməsini şərtləndirəcək bir vəziyyətin mövcud olmadığını qeyd edib. Onur Öymən 1915-ci ildə Türkiyənin belə bir cinayət törətdiyinə dair deyilənlərin nə hüquqi nə də tarixi həqiətləri əks etdirmədiyini bildirib: 'TBMM 1915-ci ildə baş verən hadisələrin tarixçilər tərəfindən araşdırılmasına qərar verib. Bir tərəfdən bu mövzu araşdırılsın deyəcəksiniz, digər tərəfdən sanki araşdırma yekunlaşıbmış kimi üzr istəyəcəksiniz. Üzr istəyəsi bir tərəf var. Bu da Ermənistandır. Ölkəmizi istila edən işğalçılara dəstək olduğu üçün üzr istəməlidir. Türkiyədə yüz minlərlə insanı öldürdükləri üçün üzr istəməlidir. Tarixdə işğal etdiyi torpaqlar üçün üzr istəməlidir. 40-dan çox diplomatımızı qətl etdikləri üçün, terrorçuları hələ də məsuliyyətə cəlb etmədikləri üçün üzr istəməlidirlər. Nə hüquqi nə də tarixi cəhətdən Türkiyənin üzr istəməsini şərtləndirəcək bir vəziyyət mövcud deyil.” Onur Öymən, CHP İzmir Millətvəkili Canan Arıtmanın TBMM Xarici İşlər Komisiyonunda üzr istmə kampaniyasına qarşı ortaq bəyanat yayınlanmasını təklif etdiyini, ancaq hələlik bəyanat yayınlamaq qərarı verilmədiyini bildirərək, Artımanın təklifinin ortaq fikirləri olduğunu bildirib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar