SON XƏBƏRLƏR

Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının iclası başlayır

2021.10.20, 07:36
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının iclası başlayır

Gunaz.tv
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının iclası başlayır Tədbirdə gələcək üçün önəmli qərarların qəbul ediləcəyi gözlənilir dunya-azerbaycanlilarinin-e.jpg Bu gün(18 dekabr) Bakıda Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının iclası başlayır. Lent.az-ın məlumatına görə, tədbir Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilir. Şura üzvlərinin iştirakı ilə “Azərbaycan – Şərqin dünyaya açılan qapısı” adı altında silsilə tədbirlərdə iştirak etmək üçün dünyanın bütün ölkələrindəki azərbaycanlılar Bakıya gəliblər. Həm Şura üzvləri, həm də müxtəlif ölkələrdəki diaspora, təşkilat rəhbərləri Azərbaycandadır. Tədbirdə gələcək üçün önəmli qərarlar qəbul ediləcəyi gözlənilir. Tədbirdə Dünya Azərbaycanlılarının II Qurultayının Qətnaməsinə uyğun olaraq, qurultaydan keçən dövr ərzində görülmüş işlərlə bağlı müzakirələr aparılacaq, bundan sonrakı mərhələdə qarşıda duran vəzifələr müəyyənləşdiriləcək. Tədbir çərçivəsində “Dünya Azərbaycanlılarının Xartiyası”nın layihəsi də müzakirə ediləcək. Sənədin hazırlanmasına 20-dək alim cəlb olunmuşdu. Toplantıda, həmçinin Azərbaycan həqiqətlərinin təbliği, lobbi quruculuğu, soydaşlarımızın yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiyası, ictimai-siyasi proseslərdə daha fəal iştirakının təmin olunması ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Qeyd edək ki, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası Dünya Azərbaycanlılarının I Qurultayında yaradılıb. 109 üzvü olan Şuranın sədri Azərbaycan prezidenti İlham Əliyevdir. Pərvin ABBASOV LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar