SON XƏBƏRLƏR

Türkiyədə «üzr istəyirik» kampaniyasına qarşı «üzr gözləyirik» kampaniyası başlayıb

2021.10.20, 07:36
Türkiyədə «üzr istəyirik» kampaniyasına qarşı «üzr gözləyirik» kampaniyası başlayıb

Gunaz.tv
Türkiyədə «üzr istəyirik» kampaniyasına qarşı «üzr gözləyirik» kampaniyası başlayıb Türkiyədə bir qrup insanın ermənilərdən «üzr istəyirik» kampaniyasına qarşı bu ölkədə üzr gözləmə kampaniyası başlayıb. Bu barədə Türkiyənin «Haber7» informasiya agentliyi məlumat verib. Bir neçə gün əvvəl Türkiyədə yaradılmış bir internet saytında 1915 - ci ildə Osmanlı dövlətinin ermənilərə qarşı cinayətlər törətdiyi iddia edilərək, ermənilərdən üzr istəmə kampaniyası həyata keçirilir. Indiyədək saytda qeydiyyatdan keçərək üzr istəyənlərin sayı 5 min nəfəri keçib. Bu gün isə bu kampaniyaya qarşı yaradılan başqa bir saytda ermənilərin türklərə qarşı törətdikləri cinayətlərə görə «üzr gözləyirik» kampaniyası həyata keçirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar