SON XƏBƏRLƏR

İlin sonuna əfv fərmanı olacaq!

2021.10.20, 07:36
İlin sonuna əfv fərmanı olacaq!

Gunaz.tv
İlin sonuna əfv fərmanı olacaq! Prezident yanında Əfv Komissiyasının iclasları başlayır. Bu barədə sözügedən komissiyadan məlumat daxil olub. Prezident Aparatının əfv sektorundan komissiya üzvlərinə iclasa hazırlaşmaq tapşırılıb. Komissiyanın iclaslarının bu gün və ya sabah başlanacağı gözlənilir. Dekabrın sonuna kimi komissiyanın iclasları müntəzəm keçiriləcək və əfvlə bağlı baxılan müraciətlər dövlət başçısına təqdim olunacaq. Növbəti əfv fərmanının 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə imzalanacağı gözlənilir. Qeyd edək ki, sonuncu əfv fərmanı bu il avqustun 26-da imzalayıb. Həmin fərman 96 məhbusa şamil olunub. // APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar