SON XƏBƏRLƏR

Ərdoğan: "Ermənilərdən üzr istəmək yanlışdır"

2021.10.20, 07:36
Ərdoğan: "Ermənilərdən üzr istəmək yanlışdır"

Gunaz.tv
Ərdoğan: "Ermənilərdən üzr istəmək yanlışdır" article_1229512371.gif Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bir qrup alim, yazıçı, sənətçi, jurnalist və qeyri-hökumət təşkilatları təmsilçilərinin ermənilərdən üzr istəməklə bağlı internetdə təşkil etdikləri kampaniyaya münasibət bildirib. R.T.Ərdoğan hakimiyyətə gəldikdən bəri Ermənistanla münasibətləri normallaşdırmağa çalışdıqlarını bildirib: “Ermənistana hava yolu ilə yük daşınmasına icazə verdik. Vanın Akdamar qəsəbəsindəki erməni kilsəsini restavrasiya etdik. Prezidentimiz Ermənistan-Türkiyə matçına tamaşa etmək üçün bu ölkəyə getdi. Amma mən şəxsən bu kampaniyaya qatılmıram, onu dəstəkləmirəm. Kampaniyanı təşkil edənləri də anlamıram və yanlış olduğunu düşünürəm. Cinayət törətməmişəm ki, üzr istəyim. Məsələlərə xoş niyyətlə yanaşmaq başqa, ortada cinayət olmadığı halda üzr istəmək isə tamam başqa şeydir”. Qeyd edək ki, Türkiyə prezidenti Abdulla Gül üzr kampaniyasını cəmiyyətdə fikir plüralizminin təzahürü adlandırmışdı. // APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar