SON XƏBƏRLƏR

Türkiyədə ermənilərdən üzr tələb edilən internet-kampaniyada Xocalı soyqırımına dair materiallardan istifadə olunur

2021.10.20, 07:36
Türkiyədə ermənilərdən üzr tələb edilən internet-kampaniyada Xocalı soyqırımına dair materiallardan istifadə olunur

Gunaz.tv
Türkiyədə ermənilərdən üzr tələb edilən internet-kampaniyada Xocalı soyqırımına dair materiallardan istifadə olunur ermenidenuzristemekxocalimateriali.jpg Ankara-APA. Türkiyədə bir qrup şəxsin başladığı, 1915-ci ildə guya ermənilərə qarşı soyqırımı törədilməsi səbəbilə bu xalqdan üzr istəmə kampaniyası ciddi narazılığa səbəb olub. APA-nın məlumatına görə, “Üzr istəyirəm” adı altında başlayan kampaniyaya qarşı bir qrup şəxs “Üzr gözləyirik” adlı internet kampaniyaya başlayıblar. Onlar ermənilərdən üzr istəyənlərin yaratdığı www.ozurdiliyoruz.com internet saytının tamamilə eynini yaradaraq buraya Xocalı soyqırımını əks etdirən fotolar yerləşdiriblər. www.ozurbekliyorum.com ünvanlı saytda həmçinin erməni terrorçuları tərəfindən öldürülən türk diplomatları, Türkiyə Silahlı Qüvvələrinin erməni terroruna dair arxiv materialları və ermənilərin türk xalqına qarşı törətdiyi soyqırımlarına görə üzr istəmələrini gözləyənlərin siyahısı yerləşdirilib. Bu gündən başlayan “Üzr gözləyirik” kampaniyasına artıq 6 mindən artıq şəxs qoşulub. Xatırladaq ki, ermənilərdən üzr istəyənlərin qoşulduğu kampaniya 3 gün əvvəl başlayıb və bu müddət ərzində internet-məktuba imza atanların sayı 6 mini keçməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar