SON XƏBƏRLƏR

“ERGENEKON” MƏHKƏMƏSİNDƏ GƏRGİNLİK ARTIR . Vəli Kiçik prokurorun üstünə qışqırdı

2021.10.20, 07:36
“ERGENEKON” MƏHKƏMƏSİNDƏ GƏRGİNLİK ARTIR . Vəli Kiçik prokurorun üstünə qışqırdı

Gunaz.tv
“ERGENEKON” MƏHKƏMƏSİNDƏ GƏRGİNLİK ARTIR Vəli Kiçik prokurorun üstünə qışqırdı 4459.jpg Türkiyədə prokurorlar tərəfindən terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la bağlı məhkəmə prosesi davam edir. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, dekabrın 15-də keçirilən prosesdə istefada olan general Vəli Kiçiyi sorğu-sual edən prokuror bu gün səhər təqsirləndirilən şəxsə əlavə sualları olduğunu bildirib. V. Kiçik isə bundan qəzəblənib. “Dünən ifadəmdə hər şeyi danışdım. Prokuror, deyəsən, dinləməyib”. Prokuror generalın şəxsi bloknotundakı yazılarla bağlı sual verdikdə V. Kiçik bunun dövlət sirri olduğunu deyib: “Prokuror bloknotla bağlı sualını geri götürsün. Dünən də söylədiyim kimi, Baş Qərargahın bununla bağlı məxfilik qərarı var. Cavab vermirəm”. Prokurorun digər təqsirləndirilən şəxs - Sədat Pekərlə əlaqədar sualına uca səslə reaksiya verən general bu cür suallara cavab verməyəcəyini təkrarlayıb: “Dünən prokuror suallarının bitdiyini demişdi. Nə oldu, gecə yeni suallar istehsal etdilər?” Prokurorun “jandarmanın kəşfiyyat təşkilatı JİTEM-i sizmi qurdunuz” sualı zalda vəziyyəti gərginləşdirib. V. Kiçiyin vəkili Tayfun İlıcalı söz alaraq deyib: “Prokuror bilmir ki, ordunun qurumlarını ayrı-ayrı şəxslər qura bilməz? Üstəlik, JİTEM deyilən bir qurumun olmadığı məlum olduğu halda, israrla ”JİTEM" kəlməsindən istifadə olunmasını qınayırıq. Ordu daxilində qurumların yaradılması parlamentdə təsdiqlənir. Bunu bilmirlərmi?!" Sonra V. Kiçiyin digər vəkili, qızı Zeynəb Kiçik çıxış edərək bildirib ki, atasının həbs olunduğu gün səhər saat 6.30-da 10 mülki polis onun evinə də basqın edib: “Qızım otağında yatarkən polislər bütün otaqlara girib hər yeri alt-üst etdilər. ”Mənim nə günahım var" dedikdə cavab vermədilər. İki kompyuterin yaddaşını və övladımın oyun disklərini götürdülər. Burada təqsirləndirilən şəxslərin bir çoxu kimi, mən də İnternetdə “Ergenekon”la bağlı araşdırma aparmış, ya da bu hökumətdən məmnun olmadığımı kiməsə yazmış olsaydım, indi müttəhimlər kürsüsündə əyləşmişdim". Atasına tərəf boylanaraq uca səslə danışan Z. Kiçik müxalifətdən də məmnun olmadığını vurğulayıb: “Tez-tez bu hökuməti kim yıxacaq deyirəm, bundan sonra da deyəcəyəm. Hazırda müttəhimlər kürsüsündə deyiləmsə, bunu tamamilə bəxtimin gətirməsi ilə əlaqələndirirəm”. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar