SON XƏBƏRLƏR

Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası toplantısının proqramı açıqlanıb

2021.10.20, 07:36
Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası toplantısının proqramı açıqlanıb

Gunaz.tv
Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası toplantısının proqramı açıqlanıb Dekabrın 18-19-da Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısının proqramı açıqlanıb. «Azərbaycan - Şərqin dünyaya açılan qapısı» adı altında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbirlərə dekabrın 18-də Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarətlə start veriləcək. “Park İNN” otelində Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısının rəsmi açılış mərasimindən sonra “Ayrılarmı könül candan” filminin nümayişi keçiriləcək və Dünya Azərbaycanlılarının II Qurultayından keçən dövr ərzində görülmüş işlərlə bağlı hesabat veriləcək. Həmin gün günortadan sonra toplantı iştirakçıları “Dünya Azərbaycanlıları Həmrəylik Xartiyası”nı müzakirə edəcəklər. Dekabrın 19-da isə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası üzvlərinin dövlət strukturları, Milli Məclis, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları və AMEA-da görüşləri keçiriləcək. Toplantı çərçivəsində Azərbaycanın əməkdar rəssamı, UNESKO Rəssamlar Federasiyasının üzvü, Almaniyada yaşayan soydaşımız Əşrəf Heybətovun Bakı Slavyan Universitetində “Almaniya Azərbaycan rəssamının gözü ilə” mövzusunda fərdi sərgisi açılacaq və “İnam” Plüralizm Mərkəzində “Azərbaycanlıların yaşadıqları cəmiyyətə inteqrasiyasında diasporun rolu” mövzusunda konfrans keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar