SON XƏBƏRLƏR

GÜNEYLİ JURNALİSTLƏ BAĞLI, DİLARƏ ƏLİYEVA ADINA QADIN HÜQUQLARINI MÜDAFİƏ CƏMİYYƏTİ BƏYANAT VERİB

2021.10.20, 07:36
GÜNEYLİ JURNALİSTLƏ BAĞLI, DİLARƏ ƏLİYEVA ADINA QADIN HÜQUQLARINI MÜDAFİƏ CƏMİYYƏTİ BƏYANAT VERİB

Gunaz.tv
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti bu il noyabrın 18-də İranda həbs edilmiş azərbaycanlı jurnalist Şahnaz Qulami ilə bağlı bəyanat verib. Bəyanatda Ş.Qulaminin İranda qadınlara qarşı diskriminasiya hallarına etiraz olaraq şəxsi bloqunda fars və Azərbaycan dillərində kəskin yazılarla çıxış etdiyi xatırladılıb: «O həm də İranda etnik qrupların hüquqlarını müdafiə edir. Bununla yanaşı, xanım jurnalist son dövrlərdə «Amerikanın səsi», «Azadlıq» və «Fərda» radiostansiyalarında kəskin tənqidi müsahibələr verib. Hazırda jurnalist Təbrizdə həbsxanada saxlanılır. Ona 1 il həbs cəzası kəsilib». N.Cəfəroğlunun bəyanatında bildirilir ki, narahatlıq doğuran məsələlərdən biri Ş.Qulaminin vəkillə təmin olunmamasıdır. Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti Ş.Qulaminin həbsini söz azadlığının pozulması, qadın haqlarının tanınmaması, jurnalsitlərin və qadın haqlarının müdafiə edilməməsi kimi qiymətləndirir. Cəmiyyət Ş.Qulaminin tezliklə azadlığa buraxılması üçün əlindən gələn səyləri etməyə çalışacağını bəyan edir. Eyni zamanda qurum İran dövlətindən humanizm dəyərlərini uca tutaraq Ş.Qulaminin tezliklə azadlığa buraxılmasını istəyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar