SON XƏBƏRLƏR

BMT Təhlükəsizlik Şurası Yaxın Şərqlə bağlı qətnamə qəbul edib

2021.10.20, 07:36
BMT Təhlükəsizlik Şurası Yaxın Şərqlə bağlı qətnamə qəbul edib

Gunaz.tv
BMT Təhlükəsizlik Şurası Yaxın Şərqlə bağlı qətnamə qəbul edib bmt-iclas-15-12.jpg Bununla belə, son beş ildə ilk dəfə qətnamədə regionun əsas problemlərinin həllinə dair müddəa yoxdur BMT Təhlükəsizlik Şurası son beş ildə ilk də dəvə açıq iclasda Yaxın Şərqdəki vəziyyətə dair qətnamə qəbul edib. Rusiya və ABŞ tərəfindən birgə hazırlanan layihə Təhlükəsizlik Şurası üzvlərinin dəstəyini qazanıb. Sənəd lehinə 14 səslə qəbul olunub. Liviya nümayəndə heyəti səsverməyə bitərəf qalıb. Qətnamənin qəbul olunduğu toplantıda ABŞ, Böyük Britaniya və Rusiya xarici siyasət idarələrinin rəhbərləri də iştirak edib. Müəlliflərin fikrincə, qətnamənin qəbulunda məqsəd İsrail-Fələstin münaqişəsinin tərəflərinə nizamlama prosesinin davam etdirilməsi ilə bağlı xəbərdarlıq göndərilməsidir. Bununla belə, qətanmədə regionun əsas problemlərinin həllinə dair müddəa yoxdur. Sənəddə barəsində bəhs edilməyən problemlər arasında Qüdsün statusu, fələstinli qaçqınların geri qayıtması və Fələstin dövlətinin gələcək sərhədləri ilə bağlı məsələlər də var. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar