SON XƏBƏRLƏR

Naxçıvan MR-in büdcəsi 270 milyon manata çatdırılıb

2021.10.20, 07:36
Naxçıvan MR-in büdcəsi 270 milyon manata çatdırılıb

Gunaz.tv
Naxçıvan MR-in büdcəsi 270 milyon manata çatdırılıb naxcivan_mr-ali-meclis.jpg Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü çağırış 6-cı sessiyası keçirilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü çağırış 6-cı sessiyası keçirilib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, sessiyanın gündəliyinə Muxtar Respublikanın 2008-ci ildəki sosial iqtisadi inkişafı, 2009-cu ilin dövlət büdcəsi və dövlət Sosial Müdafiə Fondunun gələn il üçün büdcəsinin təsdiqi, Ali Məclisə seçkilər haqqında Muxtar Respublika qanununa dəyişiklik və əlavələrlə bağlı məsələlər salınıb. Sessiyada Muxtar Respublika ombudsmanın hesabatını dinləyən Ali Məclis üzvləri sədrin fərmanlarını da təsdiqləyiblər. Ölkənin Seçki Məcəlləsində tətbiq edilən yeniliklər Ali Məclisə keçirilən seçkilərə də şamil edilib. Müzakirələrdə 2008-ci ilin Muxtar Respublika üçün sürətli inkişaf ili olduğu vurğulanıb. Bu il dövlət sektorunda 26 milyon, özəl sektorda isə 119 milyon manat gəlir əldə edilib. Muxtar Respublika büdcəsi 2008-ci ildə 220 milyon manat olduğu halda, gələn il üçün 270 milyon manata çatdırılıb. Naxçıvan Sosial Müdafiə Fondunun büdcəsi də artırılıb. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar