SON XƏBƏRLƏR

«Bakı-Tiflis-Ceyhan» əsas ixrac boru kəməri ilə nəql olunan neftin həcmi azalıb

2021.10.20, 07:36
«Bakı-Tiflis-Ceyhan» əsas ixrac boru kəməri ilə nəql olunan neftin həcmi azalıb

Gunaz.tv
«Bakı-Tiflis-Ceyhan» əsas ixrac boru kəməri ilə nəql olunan neftin həcmi azalıb 2008-12-17_8512.jpg «Bakı-Tiflis-Ceyhan» əsas neft ixrac kəmərinə gündəlik vurulan neftin həcmi 468 min barel azaldılıb. Türkiyənin «Habertürk» informasiya agentliyinin yaydığı məlumata görə, «BTC KO» bu addımı Azərbaycanın neft hasilatını azaltması ilə əsaslandırıb. Bundan başqa, Azərbaycan rəsmilərinin «Platts» agentliyinə verdikləri məlumata görə, Azərbaycan tranzit daşıma problemləri ilə əlaqədar dekabrda gündəlik 781 min barel neft hasilatını yanvarda 568 min barelə endirəcək. Bununla da gələn ay Ceyhan limanında tankerlərə planlaşdırıldığından 213 min barel az neft yüklənəcəyi gözlənilir. «BTC KO» hasilatın azaldılmasının texniki deyil, tranzit səbəblərdən qaynaqlandığını bildirib. Yanvar ayında Ceyhan limanında 7 «Suezmax» və 1 «Vlcc» tankerinin yüklənməsi nəzərdə tutulur. Bununla yanaşı, ekspertlər tranzit daşımaların azalması səbəbilə «Bakı-Tiflis-Ceyhan» boru kəmərinin tutumunun 50 faiz azalacağını, «BTC KO»nun qiymətlərin ucuz olması səbəbilə neft ixracında maraqlı olmadığını bildirirlər. Xəbərdə həmçinin enerji məsələləri üzrə ekspertlərin fikirlərinə də yer verilib. Ekspertlərin fikrincə, dünya bazarında qiymətlərin aşağı düşməsi neft ixrac edən ölkələri hasilat və satışın həcmini azaltmağa məcbur edir: «Onlar bununla neftin qiymətini yenidən artırmağı planlaşdırırlar. Lakin bugünkü bazar şərtləri ilə neftin iqtisadi dəyəri 25-30 dollardan artıq deyil. Buna görə də ixracatçı ölkələr neftin bir barelinin 147 dollara satıldığı dövrləri unudaraq orta hesabla 30 dollarlıq qiymətləri qəbul etməyə məcburdur». «BP-Azərbaycan» şirkətindən isə bildiriblər ki, «Azəri-çıraq-Günəşli» yataqlar blokunda istismar olunan «Mərkəzi Azəri» platformasının avqust ayından işini dayandırması hasilatın azalmasına təsir göstərib. Bu günlərdə isə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bu platformanın dekabrın sonunadək yenidən istismara daxil olacağını bildirib. «BP-Azərbaycan» rəsmiləri bu səbəbdən gələn il «Azəri-çıraq-Günəşli»də bu ilki kimi ən azı 4 platformanın işləyəcəyini qeyd ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar