SON XƏBƏRLƏR

ALMANİYADA AZƏRBAYCANLILARIN KOORDİNASİYA MƏRKƏZİ İDARƏ HEYƏTİNİN TOPLANTISI KEÇİRİLİB

2021.10.20, 07:36
ALMANİYADA AZƏRBAYCANLILARIN KOORDİNASİYA MƏRKƏZİ İDARƏ HEYƏTİNİN TOPLANTISI KEÇİRİLİB

Gunaz.tv
ALMANİYADA AZƏRBAYCANLILARIN KOORDİNASİYA MƏRKƏZİ İDARƏ HEYƏTİNİN TOPLANTISI KEÇİRİLİB almaniya-koor_merkez.jpg Berlində, Azərbaycanın Almaniyadakı səfirliyində bu ölkədə fəaliyyət göstərən Azərbaycanlıların Koordinasiya Mərkəzi İdarə Heyətinin toplantısı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən «Media forum» saytına verilən məlumata görə, müxtəlif şəhərlərdən gəlmiş azərbaycanlıların iştirak etdiyi toplantıda Azərbaycanın Almanlyadakı səfiri Pərviz Şahbazov Azərbaycan icmalarının bu ölkədəki fəaliyyətindən, onların cəmiyyətə, ictimai-siyasi mühitə inteqrasiyasından, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin işinin gələcəkdə daha da təkmilləşdirilməsindən danışıb. P.Şahbazov müxtəlif şəhərlərdə fəaliyyət göstərən cəmiyyətlər arasında fikir mübadiləsinin aparılmasını, bəzi tədbirlərin birgə təşkil edilməsini, birlikdə konkret layihələrin işlənməsini zəruri hesab edib. O, çıxışında vurğulayıb ki, bütün bunlar Almaniyadakı Azərbaycan diasporunun daha da güclənməsində mühüm rol oynaya bilər. İclasda Almaniyadakı Azətbaycanlıların Koordinasiya Mərkəzinin Təsisçi Qrupunun üzvləri Bahəddin Kaya, Başar Kömür, Kəmalə İsgəndərova, Nüsrət Delbəstə, İbrahim Əhrari, Samirə Patzer-İsmailova cıxış edərək mərkəzin əsas məqsəd və hədəfləri, gələn il üçün nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər. Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə,50-dək üzvü olan Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi ölkənin bir neçə əyalətini əhatə edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar