SON XƏBƏRLƏR

«TABNAK» SAYTI: BUŞA AYAQQABI ATAN JURNALİST BÜTÜN ÖMRÜ BOYU PULSUZ AYAQQABI İLƏ TƏMİN EDİLƏCƏK

2021.10.20, 07:36
«TABNAK» SAYTI: BUŞA AYAQQABI ATAN JURNALİST BÜTÜN ÖMRÜ BOYU PULSUZ AYAQQABI İLƏ TƏMİN EDİLƏCƏK

Gunaz.tv
«TABNAK» SAYTI: BUŞA AYAQQABI ATAN JURNALİST BÜTÜN ÖMRÜ BOYU PULSUZ AYAQQABI İLƏ TƏMİN EDİLƏCƏK ayaqqabiatanjurnalist1.jpg ABŞ prezidenti Corc Buşa ayaqqabılarını atan iraqlı jurnalist Müntəzir Zeydin və onun ailə üzvlərinin ayaqqabı problemini bundan sonra İranın Ayaqqabı İstehsalçıları Birliyi həll edəcək. Bu birlik M.Zeydi və onun ailə üzvlərini bütün ömürləri boyu havayı ayaqqabı ilə təmin edəcək. «Media forum» saytı bildirir ki, belə bir xəbəri dekabrın 16-da İranın iqtidaryönlü «Tabnak» saytı yayıb. «Tabnak» məlumatı İran Ayaqqabı İstehsalçıları Birliyi Rəyasət Heyətinin üzvü Roğəngirhaya istinadla dərc edib. Xəbərdə Ayaqqabı İstehsalçıları Birliyinin istehsal etdiyi bütün növ ayaqqabıların hərəsindən bir cüt iraqlı müxbirə və ailə üzvlərinə hədiyyə edəcəyi də vurğulanır. Məlumata görə, İranın cənub limanlarında ayaqqabı ticarəti ilə məşğul olan iranlılar ABŞ prezidentinə ayaqqabının tolazlanması səhnəsini öz şəxsi vəsaitləri hesabına yüksək keyfiyyətli posterlər şəklində çap etdirib yayacaqlar. Məlumatında «Tabnak» saytı M.Zeydi «iraqlı igid müxbir» adlandırıb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar