SON XƏBƏRLƏR

ATƏT-in BAŞ KATİBİNDƏN AZƏRBAYCANLA ERMƏNİSTANA ÇAĞIRIŞ

2021.10.20, 07:36
ATƏT-in BAŞ KATİBİNDƏN AZƏRBAYCANLA ERMƏNİSTANA ÇAĞIRIŞ

Gunaz.tv
“Qarşılıqlı etimad və hörmət atmosferi yaradın” 6298.jpg ATƏT-in baş katibi Mark de Brişambo ATƏT xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinə dair Helsinkidə qəbul olunan bəyanatını yüksək qiymətləndirib. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, baş katib Ermənistan paytaxtında keçirdiyi mətbuat konfransında 56 ölkənin xarici siyasət idarəsi rəhbərlərinin bəyanatını çox vacib və yüksək səviyyəli sənəd adlandırıb. “Biz münaqişənin həllində və danışıqların davam etdirilməsində tərəflərə yardımçı olmalıyıq”. Mark de Brişambo münaqişənin konkret nə vaxt həll olunacağını söyləyə bilməyəcəyini vurğulayıb: “Tərəflər daha uzlaşmaya meylli mövqe nümayiş etdirməli, qarşılıqlı etimad və hörmət atmosferi yaratmalıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar