SON XƏBƏRLƏR

DUİ İran səfirliyindən əl çəkmir . Qurumun növbəti piketi ayın 18-nə təyin olunub

2021.10.20, 07:36
DUİ İran səfirliyindən əl çəkmir . Qurumun növbəti piketi ayın 18-nə təyin olunub

Gunaz.tv
DUİ İran səfirliyindən əl çəkmir Qurumun növbəti piketi ayın 18-nə təyin olunub Dünən Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Bu barədə DUİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir. Yığıncaqda müxalifət düşərgəsində təmsil olunan partiyalarla aparılan danışıqlar və qurum üzvü, deputat Pənah Hüseynin hazırladığı "Mövcud siyasi vəziyyət və müxalifətin vəzifələri haqqında" təkliflər layihəsi müzakirə edilib. Toplantıda eyni zamanda İranın Azərbaycandakı səfirliyinin binası qarşısında piket keçirilməsi məsələsi müzakirə mövzusu olub. Sədrlər Şurası qərara alıb ki, piketin dekabrın 18-də keçirilməsi haqda Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq göndərilsin, paytaxt meriyası müraciətə mənfi cavab verərsə, aksiya dekabrın 31-də mütləq keçirilsin. Toplantıda dekabrın 24-də Qarabağ Forumunun keçirilməsi haqda da qərar verilib. Bununla yanaşı Sədlər Şurası DUİ-nin 2009-cu ilin bələdiyyə və 2010-cu ilin parlament seçkilərində seçki bloku olaraq fəaliyyət göstərməsi barədə də qərar qəbul edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar