SON XƏBƏRLƏR

21 Azər bayraminin ərəfəsində bir neçə milli fəal tutulub

2021.10.20, 07:36
21 Azər bayraminin ərəfəsində bir neçə milli fəal tutulub

Gunaz.tv
21 Azər bayraminin ərəfəsində bir neçə milli fəal tutulub sout.jpg nevid_sultani.jpg GAİP XƏBƏR Güney Azərbaycan Milli Hökümətinin 63-cü ildönümü ərəfəsində hər il olduğu kimi bu ildə milli fəallar 21 Azər gününü qeyd etmək üçün silsilə tədbirlər keçirməyə qərar vermişlər . Lakin bu tədbirlərdən qorxuya düşən faşist molla hakimiyyətinin təhlükəsizlik məmurları ETTELAAT Güney Azərbaycanın bütün şəhərlərində fövqaladə vəziyyət elan etmiş bir ay öncədən Təbriz, Urmiyyə, Ərdəbil, Zəncan və başqa şəhərlərdə milli fəallara təzyiqləri artıraraq onların mobil telefonlarına hədələrlə dolu sms-lər göndərmiş və onlara xəbərdarlıq etmişlər ki, 21 Azər günləri aksiya və ya hər hansı bir tədbir keçirməsinlər. Amma buna baxmayaraq, Güneyli milli fəallar Milli Hökümətin 63-cü ildönümünü qeyd edəcəklərini bildirmişlər. Bunula əlaqədar milli fəallar Güney Azərbaycanın bütün şəhərlərində elanlar, afişalar, milli höküməti əks etdirən CD-lər yaymış və faşist hakimiyyət tərəfindən qana boyanmış Güney Azərbaycan milli hökümətini bir daha xalqın diqqətinə çatdırmışlar. GAIP xəbər mərkəzinin Aldiği xəbər "yeni xəbər" səfhəsindən Bununla əlaqədar Urmiyə ETTELAAT məmurları 5 nəfər genç milli fəalı şəhərin ayrı-ayrı məntəqələrində həbs edərək ETTELAAT təcridxanasına aparmışlar. Onlardan xanım Ulduz Qasımi, Rəhman Qasımi, Səid Mahmudi, Nəvid Sultani(yaş 22), Tohid Həsənpur( yaş 27) həbs olunarkən məmurlar onların evlərinə hücum edərək evlərini təftiş etmiş və milli fəallara məxsus kompyuter, CD-lər və şəxsi əşyaları da müsadirə etmişlər..gaip

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar