SON XƏBƏRLƏR

BTC neft ixracatını 50% azaldacaq

2021.10.20, 07:36
BTC neft ixracatını 50% azaldacaq

Gunaz.tv
BTC neft ixracatını 50% azaldacaq btc-dayandirildi.jpg Bakı-Tiflis-Ceyhan (BTC) Əsas İxrac Neft Boru Kəmərində gündəlik yükləmələr 468 min barel azalacaq. Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bunun səbəbi Azərbaycanın neft hasilatını azaltmasıdır. Deyilənlərə görə, Azərbaycan dekabr ayında gündəlik 781 min barellik neft hasilatını, yanvar da 568 min barelə salacaq. Bu vəziyyət yanvarda Ceyhandan neft ixracatını gündəlik proqnozdan 213 min barel az olmasına səbəb olacaq. Türkiyə mətbuatının digər xəbərinə görə, geriləmə texniki səbəblərdən deyil, məlum səbəblərdən qaynaqlanır. Məntiqi səbəblərlə ixracın 50% azalması BTC şirkətinin hazırkı qiymətlərlə çox neft satmaq istəməməsi kimi izah olunur. Ötən dövrdə yüksək qiymətlərlə satış etməyə öyrənmiş satıcılar aşağı qiymətləri mənimsəyə bilməyib. Nigar Məmmədli LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar