SON XƏBƏRLƏR

ANS PRESS saytının dağıdılmasına azərbaycanlı hakerlərən daha bir cavab

2021.10.20, 07:36
ANS PRESS saytının dağıdılmasına azərbaycanlı hakerlərən daha bir cavab

Gunaz.tv
ANS PRESS saytının dağıdılmasına azərbaycanlı hakerlərən daha bir cavab ans-haqlandi.jpg Bu dəfə isə Vyana universitetinin saytı dağıdılıb Özünü "deutsch1988" kimi təqdim edən azərbaycanlı haker Vyana universtetinin saytını sındırıb. Əvəzində isə müvəqqəti olaraq aşağıdakı ünvanda səhifə yerləşdirib. Bu barədə ANS PRESS-ə məktub daxil olub. http://www.univie.ac.at/stv-molbio/ Saytın vebsəhifəsində isə qeyd olunub ki, bu addım Vyana universitetində azərbaycanlı tələbələrin alçaldılmasına, həmçinin ANSPRESS saytının ermənilər tərəfindən dağıdılmasına cavab olaraq atılıb. Saytda yerləşdirilən məlumata görə, bu addım xəbərdarlıq xarakteri daşıyır və növbəti dəfə universitetin əsas veb səhifəsi sındırılacaq. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar